Cəmiyyət

Rus sülhməramlıları Xankəndinə daha 860 erməni qaçqını qaytarıb

1 dəqiqə
Rus sülhməramlıları Xankəndinə daha 860 erməni qaçqını qaytarıb

Bazar günü, dekabrın 6-sı növbəti qaçqın karvarı rus sülhməramlılarının müşayəti ilə Xankəndinə qayıdıb. Karvanda təqribən 860 nəfər olub. Ümumilikdə isə Dağlıq Qarabağa indiyə kimi 34 min nəfər qaçqın qayıdıb. Bu haqda məlumatı Rusiya müdafiə nazirliyi yayıb.

"Bu gün avtobuslarla İrəvandan Xankəndinə ümumilikdə 860 nəfər qaytarılıb. Avtobusların hərəkəti rus sülhməramlı kontingentinə aid olan patrulların və hərbi polisin müşayəti ilə mümkün olub" - deyə Rusiya müdafiə nazirliyi məlumatında bildirib.

Xatırladaq ki, son Qarabağ müharibəsindən öncə ermənilər Xankəndində 52 min, işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə isə ümumilikdə 145 min erməni əhalinin yaşadığını iddia edirdilər.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun