Ruhani: "Trampın taleyi Səddamın taleyindən yaxşı olmayacaq"

Ruhani: "Trampın taleyi Səddamın taleyindən yaxşı olmayacaq"
24 Dekabr 2020
Mətni dəyiş

ABŞ-da 3 noyabr seçkilərində məğlub olduqdan sonra İranla münasibətləri daha da gərginləşdirən Donald Tramp İran prezidenti Həsən Ruhani tərəfindən yenə Səddam Hüseynə bənzədilib.

Amerika Prezidenti Donald Trampın taleyinin 2003-cü ilin aprelində devrilən və 2006-cı ilin dekabrında ABŞ-ın İraqı işğalı nəticəsində edam edilən prezident Səddam Hüseyinə bənzəyəcəyini bildirən Həsən Ruhani deyib ki, "Tarixdə xalqlara qarşı müharibə edən iki dəli varlıq var. Biri Səddam, digəri Tramp. Səddam hərbi müharibə elədi, Tramp iqtisadi müharibə".

1980-88 illər arasında İraq-İran müharibəsində bütün İranın birlikdə Səddamı məğlub etdiyini söyləyən Ruhani, "Biz o dəlinin edam edildiyi günü də gördük. Trampın Səddamdan yaxşı bir aqibəti olmayacaq" - deyib.

ABŞ-ın beynəlxalq platformalarda İrana qarşı tək olduğunu və istədiyini edə bilməyəcəyini bildirən Ruhani əlavə edib ki, "Sanksiyalar xalqımızı narahat etsə də, Amerikanın hədəflərinə çatmalarına imkan vermədik və təsirlərini azaltmağa çalışdıq"

İran prezidenti açıqlamasında Trampdan sonra Demokratlardan prezident seçilən Co Baydendən İranla nüvə anlaşmasına qayıtması ilə bağlı gözləntilərinin olduğunu vurğulayıb. Bayden 8 il İranla nüvə sazişi imzalayan kemiş prezident Barak Obama administrasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Digər tərəfdən də İranla münasibətləri yüksək gərginliyə qaldıran Tramp 20 dekabrda ABŞ-ın Bağdad səfirliyinə edilən hücumda İranı ittiham edərək bildirib ki, bir Amerika vətəndaşı öldürülsə, İranı günahkar biləcəm.

Tramp dünən Ağ Evdə İrana qarşı mümkün intiqam üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun