Cenk Başlamış
Kameralar qarşısında qürurlu görünməyə çalışırdı, ancaq üzündəki küskünlüyü gizlədə bilmirdi, altı illik hakimiyətini 11 dəqiqə içində müdafiə etməyə və günahsız olduğunu sübut etməyə çalışırdı, amma onun çıxışını izləyənlərin içində böyük qəzəb və nifrət var idi.
O, artıq mövcud olmayan bir ölkənin dövlət başçısı idi. Televiziyada istefasını elan edən adam Sovet İttifaqının son prezidenti Mixail Qorbaçov idi. 25 dekabr 1991-ci il dünyanın alt-üst olduğu gün idi. 1985-ci ildə Kommunist Partiyasının baş katibi vəzifəsinə gəldikdən sonra Qorbaçov hamının bildiyi, lakin haqqında danışa bilmədiyi problemlərin öhdəsindən gəldi. Gücsüz iqtisadiyyatı yenidən qurmaq üçün "Perestroyka", qorxu imperiyasına çevrilən ölkənin nəfəs alması, açıq və sərbəst danışması üçün isə "Qlasnost" islahatlarını həyata keçirdi.
Lakin tezliklə büdrəməyə başladı, bir addım irəli və iki addım geri. 280 milyondan çox insanın yaşadığı 22 milyon kvadrat kilometrlik nəhəng bir ölkədə ediləcək ən kiçik dəyişikliyin inqilabi nəticələrə səbəb olacağından qorxdu.
Ancaq hökmdarlarla arasında bir uçurum olan sovet xalqı Qorbaçovun islahat idealından möhkəm yapışmışdı. İstədikləri şey çox sadə idi: insan kimi yaşamaq, məsələn, əsas qida ehtiyaclarına qara bazara getmədən və növbə gözləmədən çatmaq. Qorbaçovun qəfil dayanmasını "xəyanət" kimi gördülər: uzun müddət yatan "ümid"i oyatdı, amma davamın gətirə bilmədi.
Yeltsininin çevrilişi
19 avqust 1991-ci ildə Qorbaçov Krımda tətildə olarkən, bir qrup yüksək rütbəli məmurların hakimiyyəti ələ keçirməyə çalışması sonun başlanğıcı oldu. Müxalifət lideri Boris Yeltsinin bir tankın üstünə çıxıb başlatdığı müqavimət onsuz da pis hazırlanan çevriliş cəhdinin cəmi iki günə çökməsini təmin etdi.
22 avqust axşamı Qorbaçov Moskvaya qayıtdı, ancaq çevriliş cəhdi ölkədəki tarazlığı pozmuşdu və Yeltsin faktiki hakimiyyəti əlinə almışdı. Qarbaçov və Yeltsin arasında bir şəxsi dava var idi: Yeltsin aylardır hamının gözü qarşısında Qorbaçovu lağa qoyur və alçaldırdı. Ən ciddi zərbə 8 dekabr 1991-ci ildə vuruldu: Rusiya, Ukrayna və Belarus liderləri Sovet İttifaqının artıq dağıldığını və onun yerinə Müstəqil Dövlətlər Birliyinin (MDB) qurulduğunu dünyaya elan edən tarixi sənədi imzaladılar. İmperiya 15 hissəyə bölündü.
Baş verənlərə nəzarəti itirən Qarbaçov pis vəziyyətə düşdü və o da hamı kimi ölkəsinin tarixə çevrilməsini izləmək məcburiyyətində qaldı. Artıq müqavimət göstərməyin mənasız olduğunu görərək, 25 dekabr gecəsi xalqa müraciət edib, istefasını açıqladı. Qarbaçov bununla da 74 yaşlı ölkənin tabutuna son mismarı vurdu.
Sovet İttifaqı Qarbaçovun səhvlərinə görə dağıldı?
Məsuliyyəti yalnız onun çiyinlərinə qoymaq ədalətsizlik olardı, bu proses çox əvvəl Qərblə üstünlük yarışı səbəbindən silahlanma və kosmik tədqiqatlar sürətlənəndə başlamışdı. Ölkənin Qərbin embarqosu altında olması mühüm amil idi, amma həm də Sovet iqtisadiyyatı enerji ehtiyatlarının ixracından əldə olunan gəlirlərdən çox asılı idi, buna görə də kövrək idi. Hakimiyyətdə adı "Kommunist Partiyası" olan, ancaq heç bir ideologiyası olmayan və cəmiyyətdən qopmuş, oliqarxik quruluşa çevrilmiş bir qrup var idi. Bu gerçəklik qarşısında insanlar sosializm qurmaq missiyasından, xəyallarından imtina etdilər və işləmək üçün heç bir səbəb görmədikdə, ölkə tamamilə dayandı.
[caption id="attachment_94510" align="alignnone" width="1320"] Cenk Başlamış[/caption]