Cəmiyyət

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

1 dəqiqə
Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.

Xəbər lenti

Hamısına bax

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - Abzas Media | Abzas.net