İsrail mətbuatı: "Türkiyə və İsrail arasında vasitəçiliyi İlham Əliyev edir"

İsrail mətbuatı: "Türkiyə və İsrail arasında vasitəçiliyi İlham Əliyev edir"
25 Dekabr 2020
Mətni dəyiş

Türkiyə və İsrail arasında diplomatik münasibətlərin martın sonuna kimi normallaşacağı və qarşılıqlı şəkildə hər iki ölkəyə səfirlərin təyin olunacağı gözlənilir. İsrail mətbuatının məlumatına görə, iki ölkə arasında vasitəçiliyi Azərbaycan prezidenti İlham Əliyev edir.

Amerika prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan və İsrail silahlı qüvvələrinin etiraz edən fələstinlilərə sərt müdaxiləsindən sonrra, Türkiyə və İsrail qarşılıqlı olaraq səfirlərini geri çağırmışdı.  İki ölkə arasında 2018-ci ilin mayında etibarən gərginləşən münasibət artıq son günlərdir normallaşmaya doğru gedir. Ölkələrin qarşılıqlı olaraq səfirlər təyin edəcəyi gözlənilir.

İsrail mediası "Walla" Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşması üçün vasitəçilik etdiyini iddia edib. Xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparan Əliyevin müsbət cavab aldığı iddia edilib. Milliyət qəzetinin suallarını cavablandıran İsrail rəsmiləri Azərbaycanın vasitəçilik etdiyini inkar etməyiblər, ancaq Türkiyədən hələ də müsbət bir siqnal almadıqlarını və həll yoluna açıq olduqlarını bildiriblər. Rəsmilər, ikitərəfli münasibətlərin normallaşmasının açarının Ərdoğanın əlində olduğunu bildiriblər. Ancaq düşünürlər ki, 2021-ci ilin martında İsraildə keçriləcək prezident seçkilərindən əvvəl hər hansısa yaxınlaşmaq olmayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun