Azərbaycanda Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.Bu barədə qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.Qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.Azərbaycanda Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir.Hər il sentyabrın 27-i Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günü olacaq.
