Həsən Ruhani İrandakı sistemi tənqid edib: "İslahatlar olmalıdır, çoxpartiyalı sistem gəlməlidir"

Həsən Ruhani İrandakı sistemi tənqid edib: "İslahatlar olmalıdır, çoxpartiyalı sistem gəlməlidir"
22 Dekabr 2020
Mətni dəyiş

İran Prezidenti Həsən Ruhani ölkəsindəki seçki sisteminin proporsional seçki sistemi ilə əvəz olunmağının vacib olduğunu bildirib. 

İran dövlət televiziyası xəbər verir ki, "Konstitusiya və insan hüquqları" mövzusunda çıxış edən Prezident ölkəsindəki seçki sistemini tənqid edib.

"İdarəetmə və konstitusiya sistemimiz partiya idarəçiliyinə söykənmir. Biz bu sahədə düşünüb, yenidən yanlış olan tərəflərimizi düzəltməliyik", - deyə Ruhani bildirib.

Ruhani deyib ki, Konstitusiya 31 ildir dəyişdirilməyib, daha əvvəl konstitusiya 10 illik bir dövrü əhatə edirdi. Ona görə də indi lazım gəldikdə əl gəzdirilə bilər.

Prezidentin sözlərinə görə, ölkədə partiya sistemi olmadığına görə, insanlar seçkilərdə kimə səs vermək məsələsi gələndə, əziyyət çəkir: "Partiya sistemi olanda ölkənin problemləri müzakirə edilir. Partiya mövqeləri irəli sürülür, tənqid olunur, müzakirə olunur. Bu daha təsirli olur.", - deyə Həsəm Ruhani bildirib.

İrandakı seçkilərdə partiya sisteminə keçidin tərəfdarı olduğuna diqqət çəkən Ruhani, konstitusiyaya görə əhəmiyyətli bir mövzuda fikir ayrılığı olduğu zaman referendum keçirilməli olduğunu xatırladıb.

İranda 13-cü dövr prezident seçkilərinin gələn ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun