Ekspertər "xəritə məsələsini" şərh edir: Türk əsgərləri ruslarla eyni sayda Şuşada, Laçında, Kəlbəcərdə olmalıdır

Ekspertər "xəritə məsələsini" şərh edir: Türk əsgərləri ruslarla eyni sayda Şuşada, Laçında, Kəlbəcərdə olmalıdır
15 Dekabr 2020
Mətni dəyiş

Bu günlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərdə insidentlər yaşanıb. Azad olunan ərazilərin meşələrində gizlənən bir qrup erməni əsgərləri 10 noyabr atəşkəs bəyanatına baxmayaraq, Azərbaycanın əsgərlərinə və ərazidə xidmət aparan qurumların əməkdaşlarına qarşı silahlı əməliyyatlar edilib. Bunun nəticəsində ölən və yaralananların olduğu bildirilir. Daha sonra, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti həmin ərazilərdə antiterror əməliyyatları keçiriblər. Bundan sonra Rusiya Müdafiə Nazirliyi ərazidə sülhməramlı kimi xidmət göstərən Rusiya hərbiçilərinin yerləşdiriləcəyi postları göstərən xəritəyə dəyişiklik edib və xəritədə Azərbaycanın nəzarətində olan ətrazilərdə də postların qurulacağını göstərib. 

Bu isə Azərbaycanda birmənalı qəbul olunmayıb. Millət vəkilləri, müxalifət, hökumətə yaxınlığı ilə seçilən media qurumları və ümumilikdə ictimaiyət buna görə Rusiyaya etiraz edib. Məsələni abzas.net üçün şərh edən hərbi Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyir ki, xəritələrin formalaşdırılması təcrübəsi dünyada var. İstər BMT sülhməramlılarının, istərsə də NATO-nun sülhü təminetmə qüvvələrinin dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərdikləri ərazilər üzrə xəritələrin formalaşması təcrübəsi var və bu xəritələr əməliyyat aparılan ərazidə dəyişikliklərə müvafiq olaraq müxtəlif intensivliklə dəyişdirilə bilər. Onun sözlərinə görə, xəritələrin bəzən subyektiv formalaşdırılması məqamları da var, bu, məqsədli şəkildə də formalaşdırıla bilər və bu, bir çox hallarda “qarşı tərəf”ə psixoloji təsir və təzyiq etmək məqsədi güdə bilər. "Rusiya Müdafiə Nazirliyinin dekabrın 13-də xəritədə etdiyi dəyişiklik və daha sonra - dekabrın 14-də bunu aradan qaldırması əslində ciddi məsələ hesab olunmalıdır. Burada hansısa “xəritə həvəskarı”nın “şıltaq” əməllərindən söhbət getmir, burada söhbət Rusiya Müdafiə Nazirliyinin münaqişə zonasına mövqeyindən gedir", - deyə ekspert bildirib. [caption id="attachment_94040" align="aligncenter" width="813"] Rusiya Müdafiə nazirliyinin dəyişdirdiyi sonra yenidən əvvəlki vəziyyətə saldığı Dağlıq Qarabağ xəritəsi.[/caption] Cəsur Sümərinli deyir ki, erməni separatçılarının niyyəti bəlli idi: mümkün qədər cənub istiqamətində - cəbhənin dərinliklərinə doğru daha çox ərazini nəzarətdə saxlamaq, Hadrut şəhəri ətrafına yaxınlaşmaq və Şuşa şəhərinə gediş-gəliş yollarını nəzarətə götürmək. Onun sözlərinə görə, qeyd edilən ərazi - Köhnə Tağlar və Çaylaqqala kəndlərinin əraziləri strateji baxımdan çox mühüm ərazilərdir. Bu ərazilərdə düşmənin hansısa formada qalması və sonradan möhkəmlənməsi Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinə ciddi əngəllər yaradacaqdı. İndi bu ərazilər tam olaraq Azərbaycan hərbçilərinin nəzarəti altındadır və Rusiya Müdafiə Nazirliyi artıq öz xəritəsində buna müvafiq olaraq dəyişiklik edib. "Düşünmürəm ki, hazırkı proses ona gətirəcək ki, Rusiya sülhməramlıları Hadrut qəsəbəsini və yaxın əraziləri və eyni zamanda Şuşa şəhərini nəzarət altına almaq istəyəcək və ya buna nail olacaq. Bu istiqamətdə narahatçılıq üçün hər hansı ciddi əsas görmürəm. Narahatlıq doğuran əsas məsələ hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə minlərlə erməni silahlısının qalmasındadır. Halbuki imzalanmış birgə bəyanata görə, Rusiya sülhməramlılarının yerləşməsi ilə paralel olaraq erməni silahlılarının bölgədən çıxarılması müşahidə olunmalı idi. Amma biz hələlik bunu görmürük", - deyə Cəsur Sümərinli bildirib. Ekspert deyib ki, məlumatlara görə, rəsmi Bakı ilə Moskva arasında bu məsələ ilə bağlı hazırda danışıqlar aparılır. Amma müzakirələrin gedişindən sızan informasiyalara görə, Rusiya tərəfi bölgədə erməni silahlı birləşmələrinin qalma müddətini uzatmaq istəyir. Aydındır ki, bu, tamamilə yolverilmızdir. Əgər bölgədə erməni silahlıları qalsa, bu, regionda gec-tez növbəti gərginliyin yaranacağına işarədir: erməni silahlıları diversiya hərəkətləri edəcək, Azərbaycan tərəfi isə bunun qarşısını almaq üçün anti-terror əməliyyatları keçirəcək. "Düşünürəm ki, rəsmi Bakı imzalanmış üçtərəfli bəyanatın bütün hissələrinin tam olaraq həyata keçirilməsinə nail olunmasına çalışmalıdır – rəsmi Moskva və Yerevanı buna dəvət etməlidir. Əgər tərəflər bu bəyanatın bəzi müddəalarını yerinə yetirməkdən imtina etsələr, o zaman Azərbaycan hakimiyyəti məsələyə öz kəskin açıq münasibətini bildirməlidir", - deyə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib. Politoloq Elxan Şahinoğlu isə abzas.net-ə açıqlamasında deyir ki, Rusiya hər zaman Azərbaycana qarşı təxribatlarla məşqul olub. Ekspertin fikrincə, Rusiyalı hərbiçilər Kremlin icazəsi olmadan özbaşına belə bir xəritə hazırlaya bilməzdilər. Bu Rusiyanın addımıdır və qəsdən bizi qıcıqlandırmaq istəyirlər. Onun sözlərinə görə, Rusiya sülhməramlıları Azərbaycana gələn gündən bəlli idi ki, Azərbaycan üçün böyük təhlükələr yaranacaq. "Biz onda səhv etdik ki, Rusiya Şuşanın işğaldan azad olunmasından sonra dirənənəndə ki, Rusiya sülhməramlıları Xankəndidə olmalıdır, biz də dirənməliydik ki, sizinlə bərabər Türkiyə də orda olmalıdır. Bizim ən böyük səhvimiz bu oldu. Yaxın tarixdən nəticə çıxartmalıyıq. 80-ci illərdə Dağlıq Qarabağdakı separatçılar kimin hesabına silahlandılar? Yenə də gec deyil və biz Türkiyənin təkcə monitorinq mərkəzində olması ilə kifayətlənməməliyik. Türk əsgərləri ən azı Rusiya ilə eyni sayda Şuşada, Laçında, Kəlbəcərdə olmalıdır ki, Rusiya qarşısında boşluq görməsin. Bu boşluğu gördükçə təxribatlar davam edəcək", - deyə politoloq Elxan Şahinoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun