Erməni siyasətçi: "Azərbaycanı anlamaq və münasibətləri düzəltmək lazımdır"

Erməni siyasətçi: "Azərbaycanı anlamaq və münasibətləri düzəltmək lazımdır"
28 Dekabr 2020
Mətni dəyiş

Qarabağ müharibəsində Azərbaycan tərəfindən ağır məğlubiyyət alan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri Jirayr Liparitiyan bildirib ki, Ermənistanın təcili olaraq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. 

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məsləhətçilərindən biri, 1990-cı illərdə Qarabağ danışıqlarında da iştirak etmiş Jirayar Liparityan Ermənistan rəhbərliyinə məsləhət verib. Lipartiyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmsının vacib olduğunu bildirib: "Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır, əks təqdirdə, başqa bir ölkəyə köçməli olacağıq", - deyə o, vurğulayıb.

Liparityan Nikol Paşinyan hökumətini tənqid edərək, Ermənistanın qonşularını düşmən olaraq görməyən bir hökumətə ehtiyacı olduğunu bildirib.

“Ermənistan hər kəslə əlaqələrini normallaşdırmalıdır, çünki bu, təhlükəsizliyi təmin edir. Mövcud münasibətlər davam edərsə, Ermənistana nifrət və qorxu hakim olacaq", - deyə Jirayar Liparityan bildirib.

Siyasətçi deyir ki, nifrət və qorxu hissi  təhlil olunmasa, Ermənistan strategiyasının əsasını təşkil edəcək.

"Qonşularla əlaqələr qurmaq, Azərbaycan və Türkiyə ilə birbaşa danışmaq, qonşuların bir şeyə niyə 'yox' dediklərini düşünmək və onları başa düşmək lazımdır", - deyə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri Jirayr Liparitiyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun