Çinlə Kanada arasında gərginlik: "Bir çox ölkələr Çindən asılı vəziyyətə düşüb"

Çinlə Kanada arasında gərginlik: "Bir çox ölkələr Çindən asılı vəziyyətə düşüb"
21 Dekabr 2020
Mətni dəyiş

Kanada Müdafiə Naziri Harcit Səccan Çinin dünyanın müxtəlif yerlərində pul payladığını və bunun bəzi ölkələri Çindən asılı vəziyyətə gətirdiyini bildirib.

Kanada rəsmi xəbər agentliyi Canadian Press-ə danışan nazir Səccan Kanadanın və müttəfiqlərinin Çin haqqında dəqiq bir strategiyasının olmamasından, Çinin ümumi qaydalara riayət etməməsindən və dünya miqyasında genişlənən fəaliyyətindən əhəmiyyətli dərəcədə narahat olduğunu bildirib.

Nazir Çini "böyük güc" olaraq qiymətləndirdiklərini və Çinə daha çox diqqət ayırmalı olduqlarını bildirsə də, bununla paralel Çini düşmən olaraq görmədiklərini də bildirib. O düşünür ki, Çini Pekinlə münasibətlər müzakirə və diplomatiyanın üzərində qurulmalıdır.

Nazir Səccan bildirib ki, Çin Kanadada həbsdə olmaya-olmaya məhkəməsi gedən Huawei icraçısı Mıng Vancouya qarşılıq iki Kanada vətəndaşını beynəlxalq qaydalara, razılaşmalara baxmayaraq həbsdə saxlayır və bütün dünyaya güc nümaiş etdirir.

Çinin dünyanın müxtəlif yerlərində pul paylamasından da narahat olduğunu ifadə edən Səccan, bunun bəzi ölkələrin iqtisadi baxımdan Çindən asılı olmasına səbəb olacağını bildirib.

Nazir Çinin fəaliyyətlərinə qarşı Kanada və müttəfiqlərinin eyni nöqtədə durmalı olduğunu, bunun Çindən gələcək təhlükənin qarşısını almaqda önəmli əhəmiyyət daşıdığını bildirib.

Kanada-Çin münasibətləri getdikcə pisləşir

Kanadanın Müdafiə naziri Harcit Səccan 12 dekabrda federal parlamentdəki çıxışında bildirib ki, bundan sonra Çinlə birlikdə hərbi təlimlər keçirilməyəcək.

Kanada ilə Çin arasındakı diplomatik gərginlik Çin texnologiya nəhəngi Huawei-in sahibinin qızı və şirkətin maliyyə direktoru olan Mıng Vancounun 2018-ci ilin dekabrında Kanadanın Vancouver şəhərində Amerikanın İrana tətbiq etdiyi sanksiyaların tələblərini pozmaqda ittiham olunaraq saxlanılmaları ilə başlayıb.

Bir müddət həbsdə olan Vancou 10 milyon dollar girov müqabilində sərbəst buraxılıb.

Vancunun tutulmasına cavab olaraq Çin kanadalı keçmiş diplomat Michael Kovrig və iş adamı Michael Spavoru milli təhlükəsizlikə bağlı ittihamlarla saxlayaraq, həbs edib.

Çin rəhbərliyi Mıng Vancou işi ilə əlaqədar Kanadadan idxal etdiyi bəzi malların, xüsusən də kanola bitkisinin idxalını dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun