Bu dəfə də Ərdoğan Putini təriflədi

Bu dəfə də Ərdoğan Putini təriflədi
25 Dekabr 2020
Mətni dəyiş

"Cənab Putinin mənim haqqımda dediklərindən şadam, eyni ifadələri mən də ona aid edərdim".

"Anadolu" agentliyinin dekabrın 25-də verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin haqqında deyib.

Ərdoğan qeyd edib ki, Putin sözünün üstündə duran adamdır, tanış olandan indiyədək onu verdiyi vədə əməl edən şəxs kimi tanıyıb və bu dürüstlük iki ölkənin indiyə qədərki münasibətlərində hər zaman əhəmiyyətli rol oynayıb.

"Türkiyənin hazırda ən yüksək səviyyədə münasibətlərinin olduğu ölkələrdən biri Rusiyadır, ümidvaram Rusiya ilə siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrimiz bundan sonra da ən yüksək səviyyədə davam edəcək", - deyə Türkiyə prezidenti vurğulayıb.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də Türkiyə prezidentini dürüst, verdiyi sözün arxasında duran şəxs kimi tərifləmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun