Bayden dönəmində Türkiyə - Amerika münasibətləri necə olacaq?

Bayden dönəmində Türkiyə - Amerika münasibətləri necə olacaq?
18 Dekabr 2020
Mətni dəyiş

Amerikanın Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə sanksiya tətbiq etməsindən sonra vəziyyətin gərginləşməsinə baxmayaraq, ekspertlər düşünür ki, iki NATO müttəfiqi kimi, hər iki ölkənin qarşılıqlı və ciddi addımlar atacağı ortaq məsələlər olacaq.

Amerika tərəfindən 14 dekabrda Amerikanın Düşmənlərinə Sanksiya Yolu ilə Cəza qanunu çərçivəsində verilən sanksiya qərarı, iki ölkə münasibətlərində 1974 Kıbrıs Hərəkatındakı gərginlikdən bu günə kimi olan ən sıxıntılı dövr kimi şərh edilir. Ancaq Türkiyənin də buna qarşılıq verib, Amerikaya sanksiyalar tətbiq etmədiyini deyən ekspertlər düşünürlər ki, Bayden dönəmində hər iki ölkə tərəfindən münasibətləri yaxşılaşdıracaq addımlar atılacaq.

Anadolu Strateji Araşdırmalar Bankının rəhbəri Gökhan Çapoğlu düşünür ki, Bayden dönəmində də indiki sanksiyalar qalsa, iki ölkə arasında ciddi qopmlar olacaq. Çapoğlu Amerikanın yaxın şərqdə Rusiyaya qarşı necə bir dost itirdiyini anlayacağını və bu problemləri aradan qaldıracağını düşünür. Washingtonda səfir kimi də çalışmış Faruk Loğoglu düşünür ki, hazırda Amerika - Türkiyə müttəfiqliyindən söhbət gedə bilməz. Münasibətlər dibə yenib və daha da dibə gedə bilər. Laloğlu ümid edir ki, Bayden Yunanıstanın və Ermənistanın yanında yer almaqdan çəkilib, Türkiyə ilə münasibətləri düzəldəcək. Ancaq Türkiyənin də demokratik anlamda ciddi dəyişməsinin vacib olduğunu deyib Laloğlu. Keçmiş Xarici İşlər naziri Şükrü Sina Gürel Amerika - Türkiyə münasibətlərindəki son vəziyyəti "düşmənlik" kimi qiymətləndirib. Gürel düşünür ki, Amerikanın indiki prezidenti Tramp dönəmindəki şəxsi münasibətlər üzərində qurulan siyasət Bayden dönəmində dəyişib təşkilati və diplomatik münasibətlərə çevrilsə, uzunmüddətli sağlam münasibətlər olacaq. Ümumilikdə isə ekspertlər düşünür ki, Bayden dönəmində ciddi yaxınlaşmalar olacaq və Amerika yaxın şərqdəki müttəfiqini itirməyəcək. Əgər Amerika həqiqətən də bunu istəyirsə, PKK-anı dəstəkləməməli, Aralıqda Yunanıstana dəstək verməməlidir. Snaksiyalar qaldırılmalı və ikili münasibətlər yenidən danışılmalıdır. Təqaüddə olan səfir Laloğlu deyir ki, sanksiyaları Tramp hökuməti tətbiq edib. Bu Bayden hökumətinin işini biraz asanlaşdıracaq. Yəni, gələn kimi Türkiyəyə yönəlik hansısa addımı atmaqdan xilas oldu. Bu həm də Türkiyəyə yeni işıq açır. Türkiyə Bayden hökuməti ilə danışıqlara keçib inandırmağa çalışacaq ki, Tramp hökumətinin tətbiq etdiyi sanksiyalar əsassızdır. Anadolu Strateji Araşdırmalar Bankının rəhbəri Gökhan Çapoğlu deyir ki, Amerikanın şərqdəki iki əsas düşməni İran və Rusiyadır. Amerikanın böyük şərq layihəsində Əqanıstana, İraqa, Suriyaya, Livyaya girməsi Rusiyanı son illər çox gücləndirib. Təkçə yaxın şərqdə yox, Şimali Afrikada da çox gücləndi. İran Amerika sayəsində həm şərqində Talibandan, həmdə qərbində Səddamdan xilas oldu. İndi yaxın şərqdə ən təsirli ölkələrdən biri İrandır. Regionda Amerika ciddi güc itirdi. Ona görə Amerika onsuz da Rusiya və İranla münasibətləri kövrək olan Türkiyəni önünə yox, yanına almalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun