Cəmiyyət

Azərbaycan Türkiyədən mina təmizləyən qurğular alacaq

1 dəqiqə
Azərbaycan Türkiyədən mina təmizləyən qurğular alacaq
Türkiyə Azərbaycana mina təmizləmə qurğuları ixrac edəcək.
Türkiyənin ASFAT şirkəti (Askeri Fabrika ve Tersane İşletme) Azərbaycana Mexaniki Mina Təmizləmə Təchizatının (MEMATT) ixracatını həyata keçirəcək.
Bu barədə Türkiyənin "Haber 7” kanalı məlumat yayıb.
Məlumatda bildirlib ki, artıq Azərbaycana 20 ədəd MEMATT mina təmizləyən texnikasının göndərilməsi ilə bağlı müqavilə imzalanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun