Azər Qasımlı: "İndi müharibə yolu ilə belə Dağlıq Qarabağı işğaldan azad edə bilməyəcəyik"

Azər Qasımlı: "İndi müharibə yolu ilə belə Dağlıq Qarabağı işğaldan azad edə bilməyəcəyik"
9 Dekabr 2020
Mətni dəyiş

10 noyabr bəyanatından sonra, Dağlıq Qarabağda rus sülhməramlılarının nəzarəti altında həyat davam edir. Müharibədə zərər görmüş, fəaliyyətini dayandırmış sahələr artıq bərpa olunublar. Bu günlərdə minlərlə erməni də Dağlıq Qarabağa qayıdıb. Bütün bu prosrslər isə cəmiyyət tərəfindən diqqətlə izlənir.

Xeyli suallar qapalıdır və günlər keçdikcə, bu sualların da bir hissəsi cavabını tapır. İndi insanları ən çox bu düşündürür: Ruslar Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxacaqmı?

"Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq"

Bu günlərdə Milli Məclisin deputatı, Azərbaycan-Rus icmasının rəhbəri Mixail Zabelin belə maraqlı və cəmiyyətdə narahatlıq doğuran açıqlama ilə çıxış etdi. O dedi ki, kim istəsə, gedib əvvəl yaşadığı Xankəndində yaşayacaq. Bu məcburi yox, könüllülük prinsipi əsasında mümkün olacaq. Hər kəsin öz evinə dönmək hüququ var. Bunu onlardan kimsə ala bilməz. Deputatın bu fikirlərinə fərqli yozmalar oldu:"Ruslar qayıtmaq istəyit qayıtsınlar. Guya nə qədəri qayıdacaq ki? Rusiya dümyada ən böyük ərazilərə sahib olan ölkədir, onlara yer qəhətdir bəyəm?", - deyə politoloq Zərdüşt Əlizadə şərh edir.

Politoloqun fikrincə, hətta Dağlıq Qarabağ ermənilərinə Rusiya pasportunun verilməsinin də təhlükəsi yoxdur: "Versinlər Rusiya pasportu, ermənilər də rahatlıqla Rusiyaya keçib, yaşasınlar. Rusiya öz vətəndaşlarına gəlmə demiyəcək. Zamanında ermənilər Rusiyaya keçmək üçün böyük miqdarda pul verirdilərsə, indi daha rahat keçəcəklər", - deyə o vurğulayır. Bu günlərdə Dağlıq Qarabağda ikinci rəsmi dil kimi Rus dilinin qəbul edilməsi məsələsi qaldırılıb. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovov məsələyə münasibət bildirərək, bu təklifi alqışlayıb: "Rus dili Qarabağda da, Ermənistanda da, Azərbaycanda da və dünyanın bir çox yerində istifadə olunur. Bu, rahat bir ünsiyyət dili olduğundan danışılır. Biz bunu alqışlayırıq və rus dilini yaymağı özümüzə vəzifə hesab edirik", - deyə Peskov bildirib.

Zərdüşt Əlizadə Abzas.net-ə deyir ki, bu söhbət də rusların könlünü almaq üçün ortaya atılıb. Çünki zamanında Ermənistandakı rus məktəblərinin hamısı bağlanmışdı: "İndi ağılları başlarına gəlib".

"Rusiya qoşunları sülhməramlı adı altında hara girirsə, ordada kök salır"

Mövzunu Abzas.net üçün şərh edən siyasətçi Azər Qasımlı isə deyir ki, bu deyilənlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur. Bu sadecə kimlərinsə fikridir və rəsmi olmadığı üçün şərh etmək də olmur. Onun fikrincə, bütün bunlara baxmayaraq əvvəlcədən də aydın idi ki, Rusiya Azərbaycana ciddi problemlər yaradacaq: "Rusiya qoşunları sülhməramlı adı altında hara girirsə, orada kök salır və həmin ərazi suverən ölkənin nəzarətindən tamamilə çıxır"

Azər Qasımlı deyir ki, biz müxtəlif bölgələrdə görmüşük ki, Rusiya sülhməramlı kimi girdiyi ərazidə öz pasportlarını yayır, onları öz vətəndaşları elan edir. Eyni zamanda legitim olmayan formada ordakı güclərini genişləndirir. Qasımlı deyir ki, hətta Rusiyanın Xüsusi Xidmət orqanları da həmin ərazilərdə kök salır və orada yaşayan əhali ilə yaxın təmasda olur, onların böyük əksəriyyətini öz agentinə çevirir. Bunu biz fərqli bölgələrdə görmüşük və aydın idi ki, Azərbaycanda da bu baş verəcəkdi.

Siyasətçi düşünür ki, Rusiyanın addımları müqaişəni bitirməyə yönəlməyib. Onun fikrincə bu addmlar birbaşa münqişənin davamlı olmasına hesablanıb. Çünki Rusiya bu formada müdaxilə etməsəydi, Azərbaycan uzağı bir həftəyə Dağlıq Qarabağı və ətraf üç rayonu tamamilə azad edəcəkdir və bu məsələnin əsas hissəsi yekunlaşacaqdı. Ermənilər də bununla razılaşıb müəyyən müddətdə Dağlıq Qarabağda yaşamağı qəbul edəcəkdilər. Ancaq Rusiyanın bu addımı məsələnin həllinin qarşısını aldı: "İndi vəziyyət elədir ki, hətta ermənilər razılaşmasa, Azərbaycan müharibə yolu ilə belə öz ərazilərini işğaldan azad edə bilməyək, çünki orda artıq Rusiya qoşunları var", - deyə siyasətçi Azər Qasımlı abzas.net-ə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun