Amerikanın İsrail və Misirlə neft-qaz sahəsindəki görüşündən sonra, İran da Rusiya ilə görüşüb

Amerikanın İsrail və Misirlə neft-qaz sahəsindəki görüşündən sonra, İran da Rusiya ilə görüşüb
22 Dekabr 2020
Mətni dəyiş

İranın neft naziri Biyen Namdar Zəngane Rusiya ilə neft və təbii qaz sahəsində texnoloji əməkdaşlıq üçün razılaşdıqlarını bildirib.

Zəngane dünən Moskvada Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Enerji naziri Nikolay Şulginov ilə görüşüb.

Görüşün məzmunu ilə bağlı İran dövlət kanalına danışan Zəngane, dünya neft bazarının sabitləşməsi üçün Rusiya hakimiyyəti ilə fikir mübadiləsi apardıqlarını ifadə edib: "Rusiya hakimiyyəti ilə görüşümüzdə neft və təbii qaz sahəsində texnoloji əməkdaşlıq mövzusunda razılığa gəldik. Rusiya son illərdə dünya neft bazarının sabitləşməsində müəyyənedici rol oynayır", - deyə o, vurğulayıb.

Rus səlahiyyətliləri ilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və xaricdəki əməkdaşlıq mövzusunda danışıqlar apardıqlarını və bu mövzuda fikirlərinin bir-birinə yaxın olduğunu deyən Zəngane bildirib ki, "Rusiya şirkətləri ilə yaxşı işbirliyimiz var. Rusiya şirkətləri ilə neft, təbii qaz və avadanlıq istehsalı sahəsində əməkdaşlığınmızın davam etdirilməsini razılaşdırdıq. Rusiyanı strateji tərəfdaşımız kimi görürük. Bu tərəfdaşlıq hadisələrin beynəlxalq aləmdəki inkişafına görə dəyişmidr"

Bundan əvvəl isə Ameriknın enerji naziri Dan Brouillette ölkəsinin qaz və digər neft məhsullarını Avropa bazarına çıxartmaq istədiyini deyib. Amerikanın bu arzusunun səbəbi isə Avropa ölkələrinin tək qaynağı olan Rusiya qazından asılılığı azaltmaqdır. Dan Brouillette Şərqi Araqlıq dənizində yeni investitsiya imkanları üçün Misir və İsraillə də bəzi razılaşmalar olduğunu deyib. Brouillette jurnalistlərə açıqlamasında yaxın şərq ölkələri ilə və bölgədəki neft-qaz istehsalçıları ilə böyük razılaşmaların olduğunu bildirib. Bunun uzun müddətli bir əməkdaşlıq olduğunu deyən nazir, Rusiya qazından asılılığı azaltmaq üçün Avropaya yeni boru xəttlərinin çəkilməsini də Misir və İsraillə müzakirə edib.

Brouillette bildirib ki, İsrail və Misirlə planlaşdırılan məsələlərin həyata keçəcəyi təqdirdə, bütün Aralıq dənizi ölkələri bundan qazanacaq. Brouillette önümüzdəki ilin əvvəllərində keçiriləcək görüşlərdə ölkələri üçün iqtisadi artımı təmin edəcək, böyük geopolitik dönüşə səbəb olacaq bu müzakirələrə aralıq dənizinə qonşu olan ölkələrin də dəvət ediləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun