Amerika Türkiyəyə sanksiya tətbiq etdi

Amerika Türkiyəyə sanksiya tətbiq etdi
15 Dekabr 2020
Mətni dəyiş

Amerika Rusiyadan S-400 Hava Hücumundan Müdafiə sistemləri aldığı üçün Türkiyəyə sanksiya tətbiq etməyə qərar verib. 

Amerikanın düşmənlərinə qarşı sansksiya yolu ilə cəza qanunu çərçivəsində Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmirə və daha 3 türk rəsmisinə sanksiya tətbiq edilib.

Sanksiya qərarın Amerikanın Maliyyə nazirliyi yayıb.

Sanksiyalara görə, Türkiyənin Müdafiə Sənayesi nazirliyi Amerikadan ixracat lisenziyası və beynəlxalq maliyyə insitutlarından kredit ala bilməyəcək.

Snaksiya tətbiq olunanların siyahısında Müdafiə Sənayesi naziri İsmayıl Dəmirlə yanaşı, Mustafa Alper Dəniz, Sərhad Gəncoğlu və Faruk İgid adlı Türkiyə vətəndaşları da var.

Snaksiya tətbiq olunan şəxslərin Amerika banklarındakı sərvətləri dondurulacaq və onlara viza məhdudiyyəti qoyulacaq.

Türkiyə Xarici İşlər Nazirliyi sanksiyalara münasibət bildirərək deyib ki, bu təktərəfli sanksiyaları qınayırıq və rədd edirik.

Açıqlamada qeyd edilib ki, Türkiyə bu qərara uyğun adekvat addımlar atacaq.

Rusiya və İran da tətbiq olunan sanksiyalara reaksiya verərək, qınayıblar. Onlar bu qərarı ədalətsiz hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun