Aİ liderləri istixana qazlarının ən azı 55 faiz azaldılması barədə razılığa gəlib

Aİ liderləri istixana qazlarının ən azı 55 faiz azaldılması barədə razılığa gəlib
12 Dekabr 2020
Mətni dəyiş

Avropa İttifaqı (Aİ) liderləri 1990-cı illə müqayisədə növbəti onilliyin sonunda istixana qazı emissiyalarını ən azı 55 faiz azaltmaq üçün çətin bir razılığa gəliblər. Razılıq bu həftəsonu Birləşmiş Millətlər Təşkilatının iqlimlə əlaqədar iclas ərəfəsində olduqca utancverici bir çıxılmaz vəziyyətdən qaçmaq üçün verilib.

Brüsseldəki iki günlük zirvə görüşlərindəki gecə müzakirələrindən sonra 27 üzv dövlət Avropa Birliyinin icra komissiyasının əsrin ortalarına qədər "iqlim neytrallığı" yolunda ittifaqın orta müddətli hədəfini sərtləşdirmək təklifini təsdiqlədi. Buna kömürdən asılı bir qrup ölkənin bu qərarla razılaşması sayəsində nail olunub.

Avorpa İttifaqı Paris razılaşmasından beş il sonra qlobal istiləşmə ilə mübarizədə lider olmaq istəyir. İttifaqın dövlət və hökumət başçıları oktyabr ayında son dəfə görüşəndə yeni hədəf barədə razılığa gələ bilməmişdilər. Buna isə şərq xalqlarının yaşıl iqtisadiyyata keçidi necə maliyyələşdirmək və idarə etmək barədə narahatlıqları səbəb olmuşdu.

Lakin nəhayyət bu həftənin cümə axşamı Aİ liderləri tərəfindən əldə edilən böyük və uzunmüddətli büdcə razılaşmasına imza atıla bilib.

1.82 trilyon avroluq rekord paketin əsas hissəsi dərin iqtisadi və sosial transformasiyay ehtiyac duyan üzv dövlətlərə, xüsusilə də yaşıl iqtisadiyyata keçiddən təsirlənən bölgələrə və sektorlara kömək üçün hazırlanmış proqramlar və investisiyalara yönəldiləcək.

Aİ liderləri paketin 30 faizinin keçidi dəstəkləmək üçün istifadə edilməsinə razı olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun