ABŞ Misir və İsraillə Avropaya neft-qaz ixracının yollarını müzakirə edir

ABŞ Misir və İsraillə Avropaya neft-qaz ixracının yollarını müzakirə edir
17 Dekabr 2020
Mətni dəyiş

Ameriknın enerji naziri Dan Brouillette ölkəsinin qaz və digər neft məhsullarını Avropa bazarına çıxartmaq istədiyini deyib. Amerikanın bu arzusunun səbəbi isə Avropa ölkələrinin tək qaynağı olan Rusiya qazından asılılığı azaltmaqdır. Dan Brouillette Şərqi Araqlıq dənizində yeni investitsiya imkanları üçün Misir və İsraillə də bəzi razılaşmalar olduğunu deyib. Brouillette jurnalistlərə açıqlamasında yaxın şərq ölkələri ilə və bölgədəki neft-qaz istehsalçıları ilə böyük razılaşmaların olduğunu bildirib. Bunun uzun müddətli bir əməkdaşlıq olduğunu deyən nazir, Rusiya qazından asılılığı azaltmaq üçün Avropaya yeni boru xəttlərinin çəkilməsini də Misir və İsraillə müzakirə edib.

Brouillette bildirib ki, İsrail və Misirlə planlaşdırılan məsələlərin həyata keçəcəyi təqdirdə, bütün Aralıq dənizi ölkələri bundan qazanacaq. Brouillette önümüzdəki ilin əvvəllərində keçiriləcək görüşlərdə ölkələri üçün iqtisadi artımı təmin edəcək, böyük geopolitik dönüşə səbəb olacaq bu müzakirələrə aralıq dənizinə qonşu olan ölkələrin də dəvət ediləcəyini bildirib. Eyni zamanda, amerikalı investorları bu fürsəti dəyərləndirməyə və yatırımlarda pay sahibi olmağa çağırıb.

"Misir və İsraillə keçrilən görüşlərdə, digər ölkələri də Aralıq dənizində yararlana biləcəkləri fürsətlər üçün növbəti görüşlərə dəvət etməyi qərarlaşdırdıq. Fələstin, Əlcəzair və digər bəzi ölkələr dəvət ediləcək. Edilən müzakirələrdən biri də şəffaflıq və investorların hüquqi məsələlərini dəqiqləşdirmək oldu. Eyni zamanda razılaşmalarının və qərarların gizliliyi məsələsini də müzakirə etdik. Amerika bundan öncə də belə məsələlərdə qərarlılıq göstərib", - deyə Brouillette bildirib.

Amerika İraq arasında İraq-Kürt regional idarəetməsi çərçivəsində olan neftlə bağlı müzakirələrdən də danışan Brouillette, İraqın baş naziri Mustafa əl-Kazımi ilə birlikdə problemlərin aradan qaldırılması prosesinin nəzarətdə olduğunu bildirib. Nazir deyib ki, təkliflər yaxın günlərdə yayımlanacaq, hər iki tərəfində üzərində işlədiyi bu layihə amerikalı investorlara xeyli gəlir gətirəcək.

Amerikanın bölgədəki neft istehsalçıları ilə etdiyi əsas müzairələrdən birinin də uyğun və sabit qiymətin müəyyən edilməsi olduğunu deyən Brouillette, yanvar ayında bölgədəki bir çox ölkələrlə daha böyük bir görüşün keçiriləcəyini səbirsizliklə gözlədiyini bildirib. Nazir bildirib ki, İranın Təcavüzkar fəaliyyətinin çərçivələndirilməsi də müzakirə mövzularından biri olub. Nazir əlavə edib ki, təhlükəsiz və sabit bir dünya üçün, Amerika İrana təzyiqlərini davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun