Cəmiyyət

2021-ci ilin yanvar ayında da Azərbaycanda ictimai nəqliyyat həftə sonları işləməyəcək

1 dəqiqə
2021-ci ilin yanvar ayında da Azərbaycanda ictimai nəqliyyat həftə sonları işləməyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun