Tramp beş ştatda, Bayden Filadelfiyada kampaniya tədbirləri keçirir

Tramp beş ştatda, Bayden Filadelfiyada kampaniya tədbirləri keçirir
2 Noyabr 2020
Mətni dəyiş

ABŞ-da seçki gününə cəmi iki gün qalmış Prezident Donald Tramp və onun Demokrat rəqibi, keçmiş vitse-prezident Co Bayden yenidən seçkinin nəticələrinə təsir göstərə biləcək mühüm ştatları ziyarət edir.

Tramp Miçiqan, Ayova, Şimali Karolina, Corciya və Florida ştatlarında kampaniya tədbirləri keçirəcək.

Bayden isə Pensilvaniya ştatında Filadelfiya şəhərində keçiriləcək “Souls to Poll” tədbirində çıxış edəcək.

Şənbə günü Tramp və Bayden kampaniyalarını iki mühüm ştatda keçirib. Prezident Pensilvaniya, keçmiş vitse-prezident isə Miçiqan ştatını ziyarət edib.

Trump Pensilvaniyada 2016-cı ildə kiçik fərqlə qalib gəldiyi və hazırda rəy sorğularında Baydenin kiçik fərqlə üstünlüyə malik olduğunu göstərən şəhərlərində dörd kampaniya tədbiri keçirib.

Tramp 2016-cı ildə Pensilvaniyada kiçik fərqlə qələbə qazanıb, lakin rəy sorğularına görə, Bayden ştatda Trampı üstələyir.

Demokrat namizəd Co Bayden və keçmiş prezident Barak Obama Miçiqan ştatında Flint şəhərində seçicilərlə görüşür, 31 oktyabr, 2020.
Demokrat namizəd Co Bayden və keçmiş prezident Barak Obama Miçiqan ştatında Flint şəhərində seçicilərlə görüşür, 31 oktyabr, 2020.

Bayden ilk dəfə olaraq kampaniya mövsümündə keçmiş prezident Barak Obama ilə tədbirlərə qatılıb. Onlar seçicilərin dəstəyini almaq üçün Miçiqan ştatında seçki kampaniyası tədbirlərinin ilk günü Flint və Detroyt şəhərlərini ziyarət ediblər.

Bayden Flint şəhərində əsas diqqəti Trampın pandemiya səylərinin tənqidinə yönəldib.

Ölkə üzrə keçirilən rəy sorğuları Baydenin Trampdan 7, ya da 8 faiz irəlidə olduğunu göstərir.

Real Clear Politics veb saytı tərəfindən keçirilən geniş sorğuların nəticələri Bayden və Trampın seçkinin nəticələrinə təsir göstərə biləcək Florida, Arizona və Şimali Karolina kimi ştatlarda bərabər şəkildə getdiyini, prezidentin Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında keçmiş vitse-prezidentdən geri qaldığını göstərir.

ABŞ Seçki Layihəsinə əsasən, şənbə gününə qədər 92 milyondan çox insan səs verib. Bu, 2016-cı ildə 138,8 milyon ümumi səs sayının yarısından çoxunu təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun