"Bayraktar" şirkәti tәrәfindәn yerli vә milli imkanlarla istehsal edilәn AKINCI TİHA-nın (hücum edәn pilotsuz uçuş aparatı) sinaqları uğurla hәyata keçirilib.
Abzas xəbər verir ki, bu barәdә Bayraktar şirkәtinin müdiri Selçuq Bayraktar mәlumat verib.
Bayraktar AKINCI TİHA ilk uçuşunu 2019-cu ilin dekabr ayında hәyata keçirib. Bu layihənin üçüncü prototipinin inteqrasiya prosesi Baykar Milli S / İHA AR-GE və İstehsalat Mərkəzində davam edir.
Üçüncü prototiplә bağlı inteqrasiya başa çatdıqdan sonra sınaq uçuşlarını həyata keçirmək üçün Çorlu Aerodromuna göndəriləcək.
[caption id="attachment_90101" align="alignleft" width="2048"] Selçuk Bayraktar AKINCI TİHA-nın qarşısında[/caption]