Cəmiyyət

Putin: "Dağlıq Qarabağda hər iki tərəfin maraqlarına uyğun yeni şərait yaranır"

1 dəqiqə
Putin: "Dağlıq Qarabağda hər iki tərəfin maraqlarına uyğun yeni şərait yaranır"

“Dağlıq Qarabağda həm Yerevan, həm də Bakının maraqlarını nəzərə alan nizamlanma üçün yeni şərait yaranır”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Vəziyyət ümumilikdə sabitləşir. Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, evlərinə qayıdan qaçqınları və humanitar yükləri müşayiət edir”, - o əlavə edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun