Prezident: “Torpaqları ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir!”

Prezident: “Torpaqları ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir!”
8 Noyabr 2020
Mətni dəyiş

Predzident müraciətində habelə deyib ki, Şuşa işğal altına düşəndə “bizim əsas problemlərimiz o idi ki, ordu yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi”:

“Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı…”

Prezident deyib ki, hakimiyyətdə olduğu 17 il ərzində onun işimin əsas hissəsi ordu quruculuğuna həsr edilib. O, sonra da qeyd edib ki, torpaqları ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir:

“Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub.”

Prezident əlavə edib ki, hər bir ölkənin özünümüdafiə hüququ var:

“Bu hüququ bizə BMT Nizamnaməsi verir...”

O, qeyd edib ki, hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmayıb. O deyib ki, sentyabrın 27 -dən Azərbaycan tərəfdən 93 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb.

Prezident müraciətin sonunda da deyib: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

“Mən Azərbaycanın silahlıq qüvvələrinin Ali Baş Komandanı başda olmaqla bütün xalqımızı, əsgərlərimizi, generallarımızı, bu qələbədə payı olan hər kəsi təbrik edirəm. Dünyada haqqın və ədalətin yanında olan qüvvələr də bu günü qeyd etməlidirlər”.

Bu açıqlamanı Azadlıq Radiosuna Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər verib.

[caption id="attachment_54800" align="alignleft" width="1024"] İsa Qəmbər[/caption]

İsa Qəmbər noyabrın 8 -də Şuşanın işğaldan azad olunmasını Azərbaycan xalqının 1992-ci ilin mayından gözlədiyi qələbə adlandırıb.

İsa Qəmbər deyib ki, Azərbaycanda ağsaqqaldan körpə uşağa qədər, Şuşanı görməmiş gənclərə qədər hamı Şuşa həsrəti ilə yaşayırdı:

“8 noyabr bütün xalqımızın qələbəsidir və müharibənin yekunlaşmasına doğru atılan çox ciddi addımdır...”

İsa Qəmbər sonda da deyib ki, "dünya dəyişir, bu qələbəylə də Azərbaycanımız da sözün yaxşı mənasında çox dəyişdi, daha bütöv və daha gözəl oldu "

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “bütün xalqımızın gözü aydın olsun” deyərək əlavə edib ki, əsgər və zabitləri təbrik edir.

[caption id="attachment_79326" align="alignleft" width="2048"] Əli Kərimli[/caption]

Əli Kərimli bildirib ki, Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etməlidir:

“Əgər tamamilə sağlam məntiqlərini itiməyiblərsə, Ermənistan hakimiyyəti bu şəkildə özlərinin və Azərbaycan gənclərinin məhv edilməsi siyasətini aparmamalıdır. Aydın məsələdir ki, Azərbaycan ordusu qat-qat güclüdür...”

Əli Kərimli bildirir ki, bütün torpaqlar azad olunacaq, nəyə görə minlərlə gəncin həyatı itirilməlidir, ermənilər bunu anlamalı və torpaqları azad etməlidirlər...

Müxalif partiya lideri prezident İlham Əliyevi də Şuşanın azad olunası münasibətilə təbrik edib:

“Bu gün çox şadam ki, İlham Əliyev xalqımıza güvənərək axıra qədər getdi və Azərbaycan ordusu şanlı bayrağımızı Şuşadan asdı! Bu böyük qələbə münasibətilə İlham Əliyevi də təbrik edirəm!”

50 partiya: “Şuşa qələbəsi...”

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Şuşanın işğaldan azad edilməsi münasibətilə prezident İlham Əliyevə müraciət etdiyi bildirilir.

AZƏRTAC-ın məlumatına görə, müraciəti həm hakimiyyətdən, həm də müxalifətdən olan bir çox partiyalar da imzalayib.

“Cari il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.”, müraciətdə qeyd edilib.

Müraciətdə prezidentin “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi xatırladılıb:

“Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə siz son verdiniz.”

Müraciətdə yazılıb ki, “Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun