Ekspertlər şərh edir: "Fransanın, Amerikanın Qarabağ münaqişəsinə təsir dövrü bitib"

Ekspertlər şərh edir: "Fransanın, Amerikanın Qarabağ münaqişəsinə təsir dövrü bitib"
19 Noyabr 2020
Mətni dəyiş

Bu günlərdə ABŞ dövlət katibi Mayk Pompeo Avropaya və Yaxın Şərqə səfəri zamanı Fransa və Türkiyə rəsmiləri ilə görüşüb. 44 günlük müharibədən sonra Dağlıq Qarabağ məsələsi konkekstində Qafqaza təsirlərini itirən qərb təmsilçiləri, indi müxtəlif yollarla Qafqazdakı təsir imkanlarını artrmağa çalışırlar. Bu səbəbdən ABŞ dövlət katibi açıqlama verərək bildirib ki, münaqişənin həlli yenidən ATƏT-in Minisk qrupu formatına qayıtmalıdır. Bəs görəsən, bütün bunlar nəyə görədir və qərbin yenidən proseslərə qayıda bilməsi nə qədər realdır?

Məsələni şərh edən politoloq Zərdüşt Əlizadə deyir ki, mən əminəm ki, Fransanın və Amerikanın Qarabağ münaqişəsinə təsir dövrü bitib.

Onun sözlərinə görə, bu məsələyə ancaq Rusiyanın və Türkiyənin təsiri ola biləcək.

İndiki nəticə qalacaq

Zərdüşt Əlizadə deyir ki, gerçəklik ondan ibarətdir ki, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan bu məsələni öz aralarında həll etməyə çalışırlar.

Onun sözlərinə görə, qərb isə açıq şəkildə istəyir ki, soxulsun bu söhbətə.

"Qərbin məqsədi münaqişəni həll etmək deyildi, münaqişənin uzanmasından qazanmaq idi. Neftimizi götürdülər, Fransa gəldi iştiakçı oldu və özünü hegomon dövlət kimi göstərməyə başladı. Onlar münaqişəni həll etmək istəmirdilər. Rusiyannən bu məsələdə məqsədi odur ki, bölgəni nəzarətdə saxlasın. Türkiyənin qazancı o oldu ki, gəldi Qafqazda söz sahibi oldu. İlham Əliyev də torpaqları geri alıb xalqın sevgisini qazandı. Ermənilər itirdilər, çünki ağıllı deyildilər", - deyə politoloq Zərdüşt Əlizadə bildirib.

ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var

Politoloq deyir ki, Fransa və ABŞ-da Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki, ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi.

"Buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüş olub. Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik instutunun davamı gərəkliyini vurğulayıblar. ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyannı addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə “olan faktı qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs naliyyətini tərifləməkdən çəkiniblər", - deyə o vurğulayıb.

Politoloqun fikrincə, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir.

Elxan Şahinoğlu deyir ki, müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər.

"Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər. Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?", - deyə politoloq Elxan Şahinoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun