"Cəmiyyət olaraq ən azından Türkiyənjn rəsmi iştirakını tələb etməliyik" - Akif Qurbanov

"Cəmiyyət olaraq ən azından Türkiyənjn rəsmi iştirakını tələb etməliyik" - Akif Qurbanov
10 Noyabr 2020
Mətni dəyiş
"3 tərəfli imzalanmış bəyanata görə Türkiyənin prosesdə rəsmi heç bir iştirakı yoxdur. Türkiyənin olduğunu demək, sadəcə cəmiyyətin yüksək gözləntisini cavablamaq məqsədi daşıyır və əslində ictimaiyyət manipulyasiya edilir". Bu fikirləri Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov bildirib. O qeyd edib ki, Türkiyənin rolu sadəcə Azərbaycanla olan münasibətləri və Rusiya ilə olan dialoqu vasitəsilə mümkündür. Bu sənəd isə sadəcə 3 tərəflidir və yalnız Rusiyanın sülhməramlılarından səhbət gedir, hətta sayı və yerləşmə yerləri konkret təsbit edilib.
"Türkiyə olsa idi əvvəla sənədi rəsmi olaraq imzalayaraq iştirakını təsdiq etməli, həmçinin sülhməramlılarının sayı, texnikası və yerləşmə yerləri konkret sənəddə öz əksini tapmalıydı. İstinad olunan 5ci bənd isə məşvərət məqsədi daşıyan, qeyri müəyyən mərkəzin yaradılmasından gedir. O prosesdə də Türkiyənin yalnız ikitərəfli münasibətləri vasitəsilə məsləhətləşmədə iştirakı mümkün görünür. Ona görə də baş verənlərə adekvat münasibət bəsləməliyik. Cəmiyyət olaraq ən azından Türkiyənjn rəsmi iştirakını tələb etməliyik" - deyə Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun