Bayden və Tramp seçkiqabağı yekun görüşlər keçirir

Bayden və Tramp seçkiqabağı yekun görüşlər keçirir
3 Noyabr 2020
Mətni dəyiş

ABŞ prezidentliyinə namizədlərin qərarsız seçiciləri inandırması və tərəfdarlarını səs verməyə təşviq etmələri üçün həftələrdir davam edən təşviqat kampaniyası bazar ertəsi axşam saatlarında sona çatacaq.

Prezident Donald Trump və keçmiş vitse-prezident Co Bayden çərşənbə axşamı seçkilərinin nəticəsini müəyyən edəcək ən əhəmiyyətli bölgələrdə təşviqat kampaniyaları keçirir.

Səyahət marşututlarından biri Pennsilvaniyadır - hansı ki, son rəy sorğularında Baydan bu ştatada öndə gedir. Prezident Tramp isə 2016-cı ildə bu ştatda qalib olmuşdu. Pennsilvaniya namizədin Ağ Evi dörd illik müddətə qazanması üçün lazım olan 270 elektoral səsdən 20-nə malikdir.

Tramp Wilkes-Barre Scranton Beynəlxalq Hava Limanında mitinq keçirdiyi bir vaxt, Bayden Pittsburqda öz avtomobilləri ilə tədbirə qatılan tərəfdarları ilə görüş keçirəcək.

Baydenin bazar ertəsi növbəti dayanacağı isə 18 seçici səsinə sahib olan və rəy sorğularında namizədlərin bərabər rəqabət apardığını Ohio ştatıdır.

Tramp eyni zamanda namizədlər arasında ciddi rəqabətin olduğu Şimali Karolina eləcə də Baydenin son sorğularda liderlik etdiyi Miçiqan və Viskonsin ştatlarına da gedir. Tramp 2016-cı ildəki qələbəsində son iki ştat əhəmiyyətli rol oynamışdı.

Səsvermənin rəsmi nəticələrinin seçki günüdən bir neçə həftə sonra açıqlanacağı gözlənilir. Səsvermənin nəticələrinin elan olunması üçün tələb olunan son tarix ştatdan ştata dəyişir. Bəzi ştatlar nəticələri ilk həftədə açıqlaması gözlənsə də bir çoxu nəticələri noyabr ayının sonu dekabr ayının əvvəlinə qaədər uzanan müddətdə açıqlayacaq.

Əvvəlki illərdə qalib rəsmi qurumlardan səsvermə məntəqələrindən alınan cədvəllərə əsasən media tərəfindən proqnozlaşdırıla bilirdi. Lakin bu il rekord sayda insan poçt vasitəsilə səs verib.

Təkcə ötən bazar günü 94 milyon amerikalı səsini poçt vasitəsi ilə göndərib. Koronavirus pandemiyası üzündən hələ də poçtla verilən səslər göndərilməkdədir. Səsələri sayılmasının bəzi ştatlada həmişəkindən daha da ləng həyata keçiriləcəyi gözlənilir.

Digər tərəfdən Donald Tramp bəzi ştatlarda seçkilərdən sonra bülletenlərin Seçki Günü adı ilə qeyd olunmuş müəyyən vaxt çərçivəsində qəbul edilib və sayılmasına imkan verən məhkəmə qərarını tənqid edib.

Bazar günü keçirillən çoxsaylı kampaniyalar zamanı o, etirazını təkrarlayıb və sübut olmadan “Düşünürəm ki, bir çox saxtakarlıq və sui-istifadə baş verə bilər” deyə bildirib.

O, öz seçki kampaniyasına işarə edərək Ali Məhkəmənin qərarına əsas mövzu olan Pennsilvaniyadakı ştatdan kənarda olan seçicilərin büllütenləri ilə əlaqədar olaraq hüquqi addımalar atacağını bildirib.

Tramp Şimali Karolinadakı bir mitinqdən əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib: "Seçkilər bitər bitməz vəkillərimizlə birlikdə fəaliyyətə başlayacağıq."

O, həminin nəticələrin tez bir zamanda elan olunmamasından narazılığını dilə gətirirək bildirib ki, "Seçkidən sonra uzun müddət gözləyə məcbur olmağımızı ədalətli hesab etmirəm."

Bu arada Tramp eyni zaman Axios-un seçkilərin nəticələri tam bəlli olmasa belə özünün qələbəsini elan edəcəyə barədə yaydığı xəbərin yalan oldğunu bildirib.

Məlum xəbərlə əlaqədar olaraq Demokrat namizəd Co Bayden bazar günü Filadelfiyadakı kampaniyası zamanı bildirib ki, "Prezident bu dəfəki seçkiləri oğurlaya bilməyəcək".

Bayden həmçinin Tramp administrasiyasının koronavirusla mübarizəsini yenidən tənqid edib. "Həqiqət budur ki, virusu məğlub etmək üçün əvvəlcə Donald Trampı məğlub etməliyik," Bayden bildirib. "O, virusdur".

Tramp isə öz nöbəsində COVID-19-a qarşı uğurlu mübarizə apardığını bildirirək, bu yaxınlarda peyvəndin hazır olacağını təkrarlayıb.

Bayden seçkiləri qazanmaq üçün gərəkli olan Pensilvaniya ştatını "kritik" adlandırsa da öz optimizmini qoruyaraq bildirib:

"Amerika eşidir, düşünürəm ki, mesaj aydındır - Trampın çantalarını götürüb evə getmək vaxtı çatıb".

Bu arada milli miqyasda rəy sorğuları Baydenin Trampı 8 faizlə qabaladığını göstərir. Bu isə Trampı son 40 ildə ikinci dəfə prezident seçilmək şansını itirən üç prezidentdən biri olmaq perspektivi ilə üz-üzə qoyur.

ABŞ seçkiləri ümumxalq səs verməsi əsasında deyil, dolayı demokratiya adalanan 538 üzvlük Seçki Kollegiyasında təyin olunur. Prezident seçiklərinin qalibi olmaq üçün namizəddən ən azı 270 elektoral səs qazanmaq tələb olunur.

İki ştat istisna olmaqla ştatların az qala hamısında Tramp və ya Bayden ştat miqyasında səs çoxluğu əldə etməklə həmin ştata məxsus bütün elektoral səsləri yığacaq.

Prezidentdən əlavə seçicilər 3 noyabrda Nümayəndələr Palatasının 435 üzvünü, 100 üzvlük Senatda 35 senator, 11 ştat qubernatoru və müxtəlif yerli hökumət vəzifələrini seçəcək, həmçinin referendumlar barədə qərar qəbul edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun