Cəmiyyət

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı - [yenilənib]

1 dəqiqə
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı - [yenilənib]

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnikVilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovvəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

---


Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.


Bu vəzifənin səlahiyyərlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.


Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun