Cəmiyyət

Ərdoğanın sözçüsü: "Kəlbəcəri Azərbaycan Ordusu azad etdi"

1 dəqiqə
Ərdoğanın sözçüsü: "Kəlbəcəri Azərbaycan Ordusu azad etdi"

“Azərbaycan Ordusu 27 ildir işğal altında olan Kəlbəcəri bu gecə azad etdi”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter” hesabında yazıb.

Prezidentin sözçüsü bildirib ki, daşlar yerinə oturur: “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək”.

Noyabrın 25-i Kəlbəcər rayonu işğaldan azad edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun