Vladimir Putin: "Qarabağda münaqişə başlayandan 5 minə yaxın itki var"

Vladimir Putin: "Qarabağda münaqişə başlayandan 5 minə yaxın itki var"
23 Oktyabr 2020
Mətni dəyiş

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və  nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik".

Abzas xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Valday onlayn forumda çıxışı zamanı bildirib.

Putin deyib ki, Rusiyanın əsas əlaqələri təkcə Ermənistanla deyil, Azərbaycanla da olub: "Azərbaycan və Ermənistan bizim üçün eyni səviyyəli tərəfdaşdır. Hər ikisi ilə tam əməkdaşlıq etmək niyyətindəyik".

Rusiya prezidenti bildirib ki, onlarda olan məlumata görə, Qarabağda münaqişə başlayandan hər iki tərəfdən 5000-ə yaxın itki var.

"Qarabağ məsələsində elə mövqe tuturuq ki, bu mövqe hər 2 tərəfin bizə olan inamına səbəb olub. Rusiya qədər heç kim Qarabağ məsələsinin həllində maraqlı deyil. Qarabağ məsələsində kompromisin əldə olunmasına çalışırıq, gün ərzində bir neçə dəfə Paşinyanla əlaqə qururam. Əgər Qarabağ məsələsində danışıqlar 30 il nəticə verməyibsə, bu o demək deyil ki, atəş açmaq lazımdır", - deyə Putin bildirib. 

Ölkə başçısının sözlərinə görə, Qarabağ məsələsində Rusiyanın mövqeyi Türkiyə ilə üst-üstə düşmür.

"Türkiyə ilə ticarət dövriyyəmiz 20 milyard dollardır. Prezident Erfoğan azad xarici siyasət həyata keçirir. O bunu deei və etdi. Bu cür tərəfdaşla əməkdaşlıq nəinki xoşdur, həmçinin etibarlıdır". 

Putin deyib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun