"Türkiyə və İran münaqişədən kənar qalmalıdırlar" - Co Bayden

"Türkiyə və İran münaqişədən kənar qalmalıdırlar" - Co Bayden
14 Oktyabr 2020
Mətni dəyiş

ABŞ prezidentliyinə namizəd Co Bayden Qarabağ münaqişəsi barədə danışıb.      

Xarici KİV xəbər verir ki, Bayden Tramp administrasiyasını məsələyə laqeyd yanaşmaqda, Azərbaycan və Ermənistan liderlərinə zəng etməməkdə ittiham edib. Onun fikrincə, münaqişənin hərbi yolla həlli də mümkün deyil. “Ermənistan Qarabağ ətrafındakı rayonları qeyri-müəyyən müddətə qədər saxlaya bilməz. Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”- deyə açıqlamada deyilir.

Co Bayden 2008-2016-cı illərdə ABŞ-ın vitse-prezidenti olub. O qarşıdan gələn seçkilərdə qələbəyə Donald Trampdan daha şanslı namizəddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun