Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı Farnsada işıq üzü görüb.
Bu barədə Kulis.az saytına kitabın naşiri Nicat Kazımov məlumat verib. Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında çap edilən kitab artıq Fransanın böyük yayım şirkətlərinin satış siyahısındadır.
Roman nəşriyyat tərəfindən adı gedən ölkədə nüfuzlu müsabiqələrə təqdim ediləcəkdir. Romanın tərcüməçisi Elvin Abbasbəylidir.
Xatırladaq ki, eyni vaxtda Nadir Adilmanın “O gələcəmi?”, Reyhan Həsənovun “Göydən üç alma düşdü”, Mübariz Örənin “Sodomor” kitabları da işıq üzü görüb.