Müharibələrdə qələbələr yalnız tank, top və silah gücünə qazanılmır. Diplomatik uğurlarla, informasiya təbliğatı, iqtisadi qüdrətlə əldə olunur. Diplomatiya dost qazanmaq sənətidir. Hərbi güc dost qazana bilmədiyiniz zaman meydana çıxar. Əgər silahlar danışmağa başladısa, dövlət düşmənin sarsıtma yolların tapmalıdır. İlk növbədə düşmənin mənəvi-psixoloji ovqatını pozmalısan. Onun özünə inam hissin zədələməlisən. Ölkə daxilində düşməni şeytan libasında təqdim etməlisən. Bütün bunlarla yanaşı düşməni kapitulyasiya aktına məcbur edənədək sənin çoxvektorlu (diplomatik, informatik, iqtisadi və s.) müharibə doktrinan əlinin altında olmalıdır. Çünki işğalçılıq yalnız siyasi və hərbi məzmun daşımır. Daha çox düşməni iqtisadi ekspansiyaya məruz qoymaqdır.
Napoleona sual edəndə ki, müharibəni necə udmaq olar? Cavab vermiş: pul, pul, pul!
Bu baxış bucağından baxdıqda Azərbaycanın Ermənistanı yalnız müharibə zonasında üstələmir, həm də iqtisadi baxımdan sarsıdır. Onu iqtisadi təzyiq altında saxlayır. Resurs iqtisadiyyatı olaraq böyük neft pulları hesabına hərbi əməliyyatlara pul xərcləyir.
Azərbaycan iqtisadiyyatı sanki ingilis zadəganı Monteqyu Condur. Ermənistan isə Monteqyu Conun aşbazının hazırladığı sendviçdir. Azərbaycan iqtisadiyyatı əlləri yağa batmasın deyə Ermənistanı “sendviç” kimi (ət parçası və tərəvəz olan yemək) sıxaraq “yeyir”. Halbuki 18-ci əsirdə yaşamış 4-cü Sendviç qrafın zövqlə etdiklərin indi su içirmiş kimi edirik. Necə? İzah etməyə çalışaq. Hər iki ölkənin əsas makroiqtisadi indikatorlarını nəzərdən keçirən də aydın təsəvvür yaranır ki, Azərbaycan ordusunun müharibəni udması üçün ciddi və fundamental əsasları var.
Birincisi, ÜDM həcmi: Cənubi Qafqazın ÜDM-nin 75%-i yalnız Azərbaycan iqtisadiyyatının payına düşür. Ermənistan və Gürcüstan iqtisadiyyatları yalnız 14 qədər birgə pay sahibidirlər.
Ermənistan iqtisadiyyatı məhdud miqyaslı iqtisadiyyatdır. Müharibə başlamadan öncə koronovirus epidemiyasına görə bu ölkə xeyli geri getmişdi. Belə ki, təkcə may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% iqtisadi geriləmə qeydə alınmışdı. Müharibə itkilərin də onun üzərinə gəlsək, iqtisadi azalmanınn nə qədər olacağını təxmin etmək çətin deyil. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozlarına görə, Ermənistan iqtisadiyyatı bu ilin sonuna 5% və BVF-nun son (oktyabr, "World Economic Outlook" hesabatı) proqnozuna görə isə 4,5% azalacaq. Müqayisə üçün deyək ki, bu 2008-ci ildən bu yana ən böyük geriləmə sayılır.
Hər iki ölkənin 2019-cu il üzrə ÜDM-nin həcmini müqayisə etsək, iqtisadiyyatların miqyasını tam aydın təsəvvür etmək olar. Dünya Bankının rəqəmlərinə görə, ötən il Azərbaycanın ÜDM-nin həcmi 48 mlrd. $, Ermənistanın isə ÜDM-i cəmi 13,7 mlrd. $ səviyyəsində olub. Düzdür, adambaşına düşən ÜDM həcmi Azərbaycandan cəmi 500 dollar (Azərbaycanda 4,7 mlrd.$ və Ermənistanda 4,2 mlrd.$ ) artıq olub. Amma ÜDM-nin həcmi baxımından Azərbaycan Ermənistan iqtisadiyyatının həcmindən 3,5 dəfə böyükdür.
Müharibələri silahlar, silahları isə onu satın ala biləcək güclü iqtisadiyyatlar qazanır.
İkincisi, dövlət büdcəsi: Bu ilin (2020) büdcə parametrlərinə görə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14,1 mlrd. dollar olduğu halda, Ermənistan büdcəsinin gəlirləri 3,5 mlrd. dollar səviyyəsində olub. Bu isə büdcə gəlirlərimizin 4 dəfə böyük olması deməkdir.
Azərbaycanın təkcə müdafiə xərcləri (2,2 mlrd. dollar) Ermənistanın bütövlükdə büdcə xərclərinin (1,8 trilyon dram və ya 3,8 mlrd. dollar) yarısından çoxdur. Təkcə cari ildə Azərbaycanın müdafiə xərcləri 3,8 milyard manatdan çox olub. Bu isə o deməkdir ki, illik olaraq hər 100 manatın 12 manatını müdafiə xərcləri üçün istiqamətləndiririk. Rəqəmlərə istinadən son 5 ili təhlil etsək, görərik ki, ölkəmizin müdafiə xərcləri 2 dəfə artıb. Bu cür əzici fiskal potensialın müəyyən bir hissəsin müdafiə xərclərinə yönəltməklə Ermənistanın müqavimət qüdrətini ciddi sürətdə sarsıda bilərik. Bu cür iqtisadi potensialla Ermənistanı həm iqtisadi ekspansiya etmək, həm də döyüş meydanında “qarışqa” kimi əzmək olar. Ermənistanın azca praqmatik düşüncə sahibi olan hökumət başçısı anlamalıdır ki, Azərbaycan kimi müqayisəolunmaz potensial iqtisadiyyatı olan bir ölkə qarşısında özünün məhdud resurslarını xərcləmək olmaz. O şeyi ki, səndən əvvəl-axır alacaqlar, onu tez vermək daha ağıllı yoldur.
Xarici borc: Ermənistanın hər gün savaşda xərclədiyi böyük pullar onun davamlı maliyyə qaynaqlarından əldə edilmir. Onun beynəlxalq maliyyə qurumlarından daha çox borclanması hesabına baş verir. Çünki ölkə iqtisadiyyatının dinamik maliyyə qaynaqları yoxdur. Sərmayələrin axını və yardımlar dayandısa, iqtisadiyyatlarının mühərriki sanki sönmüş kimi olacaq. Ümid yeri kimi yenə xarici borclanma köməklərinə çatır. Məbləğ baxımından yox, ÜDM-də nisbət baxımından Cənubi Qafqaz ölkələri içərisində ən böyük xarici borcu olan dövlət də Ermənistandır. Bu ölkənin xarici borcu 5.7 milyard dollar səviyyəsində qiymətləndirilir ki, bu da Ermənistanın ÜDM-nin yarısından çoxdur. Deməli, Dünya Bankının krediteriyaları nöqteyi-nəzərindən yanaşaq, bu o deməkdir ki, Ermənistan xarici borclanma ilə bağlı kritik həddi keçib.
Valyuta ehtiyatları: Ermənistan kimi məhdud miqyaslı dövlətin valyuta ehtiyatları o qədər simvolikdir ki, onu bir dövlət adına yaraşdırmaq da olmur. Cəmi 2,6 milyard dollarlıq valyuta ehtiyatı var. İnkişaf Etmiş Ölkələrdə (İEÖ) çox hallarda orta ölçülü şirkətlərin likvid imkanları qədər.
Azərbaycanın Neft Fondunun ehtiyatlarının həcmi (50 mlrd. dollar) Ermənistandan təxminən 20 dəfə böyükdür. Müharibənin hazırdı başadığı (27.09.2020) tarixdən Ermənistan iqtisadiyyatı daxili dinamizm və etimad mühiti də bir tərəfdən sarsılıb. “Fitch” beynəlxalq reytinq agentliyi bir neçə gün öncə Ermənistanın kredit qiymətini ("BB -" "B+") aşağı salıb. Pandemiya, üzərinə gələk müharibədə xərclənmiş pullar, iqtisadi durğunluq və s. kimi amillər valyuta ehtiyatlarının sürətlə “ərimə” səbəbləri kimi çıxış edəcək.
Müharibənin zəiflədəcəyi və çökdürəcəyi iqtisadiyyatlar
Müharibə aparan hər iki ölkənin iqtisadiyyatları geriyə gedəcək. Bu müharibə də iqtisadiyyatı güclənən tərəf yoxdur və olmayacaq. Çünki savaş meydanında olan hər iki tərəf gəlirlərini və ehtiyatlarını militarist istiqamətə yönəldir. Hər iki ölkə müharibə aparmaq məqsədilə ya hərbi silah-sursat alır, yaxud bunu vaxtı ilə alıb. Dövlət büdcəsinin və büdcədənkənar fondların xərcləri hesabına hərbi-sənaye kompleksini gücləndirən hər iki dövlət eyni zamanda özünün ehtiyatlarını da tükədir.
Azərbaycan özünə aid olan torpaqları geri almaq üçün Vətən savaşı aparır, Ermənistan qamarladığı torpaqların əldə qalması üçün resurs xərcləyir. Azərbaycanın iqtisadiyyatı, xammal rezervləri, valyuta ehtiyatları və s. üstünlükləri olduğu halda Ermənistan iqtisadiyyatı məhdud iqtisadiyyatla, olmayan təbii ehtiyatlarla, simvolik maliyyə rezervləri ilə qeyri-mütənasib rəqabət şəraitində çabalayır. Bu savaş hətta bir neçə ay yox, hətta bir neçə il çəksə belə Azərbaycanın iqtisadi baxımdan “tənəffüs sistemi” uzunmüddətli finişə getməyə imkan verər. Ermənistanın isə məhdud iqtisadiyyatla uzağı bir neçə ay qarşımızda duruş gətirə bilər.
“Fitch” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, Azərbaycan bu müharibədə 10 milyard dollar itirə bilər. Azərbaycanın iqtisadiyyat naziri M.Cabbarov isə bu müharibənin ölkə iqtisadiyyatı üçün 120-150 milyon manat itirdiyini söyləmişdi. Azərbaycanın bu müharibə üçün itkiləri sözün birbaşa mənasında itki sayılmamalıdır. Qazana biləcəyi itki sayılmalıdır. O vəsaitləri ki, qazana bilərdi, lakin qazana bilmir, bu faciə deyil. Qarabağı qazananda Azərbaycan çox şey qazanacaq. Ona görə Azərbaycanla Ermənistanın müharibə meydanındakı itkilərində bizim itkilər əvəz oluna bilən və yeri doldurulan itkilər, Ermənistanın itkiləri isə havaya sovrulmuş itkilərdir. Azərbaycan iqtisadiyyatı bu savaşdan zəifləmiş, lakin Ermənistan iqtisadiyyatı isə çökmüş çıxacaq.
Azərbaycan olan strateji valyuta ehtiyatlarından pul xərcləyib savaşı udub iqtisadiyyatın yenidən qura bilər. Ermənistan isə “kisənin” dibindəki məhdud rezervlərin də xərcləsə, bu daha çox klinik ölüm keçirmiş xəstənin halına bənzəyəcək. Bu vəziyyəti xarakteriza edən düşündürücü bir atalar sözü tam yerinə düşür: qalın nazilincə, nazik üzülər!
Məhəmməd Talıblı