Cəbhədən ən son xəbərlər - YENİLƏNİR

Cəbhədən ən son xəbərlər - YENİLƏNİR
5 Oktyabr 2020
Mətni dəyiş

(17:10)

Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankı məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. (16:51)

Beyləqan şəhəri atəşə tutulur

Məlumatı Müdafiə nazirliyi yayıb. Məlumatda qeyd olunur: "Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutur.". (16:43) Ağcəbədi şəhəri atəşə tutulur Məlumatı Müdafiə nazirliyi yayıb. Məlumatda qeyd olunur: "Hazırda Ermənistan silahlı qüvvələri Ağcəbədi şəhərini atəşə tutur, yaralılar var". (15:53) Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 25 mülki şəxsi qətlə yetiririlib, 127 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 56, yaşayış evlərinin sayı isə 313-dür.

(15:10)
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayəb.
Oktyabrın 5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilmişdir.
Brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib.
Bundan əlavə qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.
Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.

(14:42)

Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

Bildirilir ki, ermənilər daha 21 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 220 hərbçisinin öldüyünü etiraf edib.

(14:15)

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri 04.10.2020-ci il, saat 12 radələrində təcavüzkar hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Xızı rayonunun Türkoba kəndi və Abşeron rayonunun Pirişikül kəndinin yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 2 ədəd böyük dağıdıcı qüvvəyə malik uzunmənzilli ballistik raketlərdən istifadə edib həmin kəndlər istiqamətində intensiv atəşlər açmaqla Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmaqla aparılmış və terrorçuluq cinayəti törədilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətinidən bildirilib ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq bəyan edir ki, erməni silahlı birləşmələri tərəfindən hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək. (13:27)

Azərbaycanın Baş Prokurorluğu: Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. (13:00)

"Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb".

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək”- deyə, o əlavə edib.

(12:55)

"Son hadisələr çərçivəsində Ermənistan tərəfindən geniş şəkildə xarici terrorçu qüvvələr və muzdlulardan Azərbaycana qarşı istifadə olunur".

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Yaxın Şərq bölgəsindən, xüsusilə də Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir:

"Ermənistan siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirmiş və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkəranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra "Müdafiə haqqında" qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların daha sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunası məqsədi güdür. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağlı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik".

(12:52)

“Senyabrın 27-dən indiyədək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi açılıb”.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda cinayət işləri ilə bağlı istintaq davam etdirilir.

(12:44)

Gəncə sakinlərinin Abzas-a verdiyi məlumata görə, bu dəqiqələrdə şəhərə azı 3 mərmi düşüb. Erməni Silahlı Qüvvələri dünəndən Gəncəyə raket atır. Bildirilir ki, mərmilərdən biri Gəncənin 28 saylı məktəbə, biri “Tekstilni” adlanan əraziyə, biri isə şəhərə yaxın Nizami kəndinə düşüb.

Ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama yoxdur. Məsələ ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb: “Gəncə şəhəri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulur”.

(12:36)

XİN: Ermənistan tərəfi yenə yalan və iftiraya əl atır

Ermənilər tərəfindən indiyədək 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb

"Sentyabrın 27-dən  yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb:

"Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir".

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun