Cəbhədən ən son xəbərlər - YENİLƏNİR

Cəbhədən ən son xəbərlər - YENİLƏNİR
6 Oktyabr 2020
Mətni dəyiş

16:45 Ermənistan MN: “Azərbaycan ordusu Dağlıq Qarabağın cənub istiqamətindən hücuma başladı”. 11:52

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib.

Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.

Ermənistanın artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur. 10:39

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 27 mülki şəxsi qətlə yetiririlib, 141 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 63, yaşayış evlərinin sayı isə 376-dır.

10:10

Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Oktyabrın 5-də düşmən Tərtər şəhərinə 400-ə yaxın top mərmisi atıb, nəticədə 8 ev tamamilə dağılıb, 48 evə isə ziyan dəyib.

Döyüşlərin başladığı gündən indiyədək Tərtərdə ümumilikdə 17 sosial obyektə və 298 evə ziyan dəyib, 68 ev isə tamamilə dağılıb. Rayonun 8 mülki sakini həlak olub, 33 nəfər isə yaralanıb.

Qeyd edək ki, düşmən oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.

10:00

Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.
41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun