Avropada Rusiyaya qarşı sərt mövqe sərgiləmək çağırışları güclənir

Avropada Rusiyaya qarşı sərt mövqe sərgiləmək çağırışları güclənir
7 Oktyabr 2020
Mətni dəyiş

Müxalifət lideri Aleksey Navalnının avqust ayında Sibirdə zəhərlənməsindən sonra Rusiyadan daha qəti bir cavab alması üçün Avropaya təzyiqlər artmaqdadır. Almaniya həkimləri Navalnının sinir sistemini iflic edən Rusiyaya məxsus Noviçok maddəsi ilə zəhərləndiyini deyib. Navalnı müalicə üçün Almaniyaya aparılıb və sentyabr ayında komadan çıxıb. Həkimlər onun sağaldığnı deyib. Kreml zəhərlənmədə əli olduğunu inkar edir.

“Gələcəyin Rusiyası” partiyasının 44 yaşlı lideri prezident Vladimir Putin hökumətinə qarşı mübarizəni davam etdirmək üçün vətəninə qayıtmağı planlaşdırdığını bildirib.

Almaniyanın xarici işlər naziri Heiko Maas Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini gözlədiyini deyib.

"Artıq sanksiyalardan qurtarmağın bir yolu olmayacağına əminəm. Sanksiyalar hədəfli və mütənasib olmalıdır. Beynəlxalq Kimyəvi Silah Konvensiyasının bu cür ciddi şəkildə pozulması cavabsız qala bilməz. Biz buna görə Avropada birləşmişik,” Maas T-online xəbər saytına şənbə günü verdiyi müsahibəsində bildirib.

Son onilliklər ərzində Kreml əleyhdarlarına qarşı çoxu Avropa torpaqlarında həyata keçirdiyi hücumlardan sonra Avropanı Moskvaya qarşı daha sərt mövqe tutmaqla bağlı çağırışlar artmaqdadır. Rusiyalı Alexandr Litvinenko 2006-cı ildə Londonda radioaktiv poloniumdan zəhərlənərək ölüb. Britaniya onun qətlini Rusiya hökumətinin həyata keçirdiyini deyib. Keçmiş Rusiya agenti Sergey Skripal və onun qızı Yuliya 2018-ci ildə eyni Aleksey Navalnıya qarşı istifadə edilən və yalnız Rusiya dövləti tərəfindən istehsal olunduğu iddia edilən Noviçokla zəhərlənib. Həm Sergey, həm də Yuliya Skripal sağ qalsa da, zəhərlə təmasda olan yerli bir qadın sonradan ölüb.

2019-cu ilin avqust ayında Çeçenistanın keçmiş üsyançı komandiri Zelimxan Xanqoşvili Berlin parkında güllələnib. Hadisə yerinin yaxınlığında bir Rusiya vətəndaşı həbs edilib və mühakimə olunub. Almaniya qətlin Kremlin təşkil etdiyini deyib. Moskva bu qətldə və digər sui-qəsd cəhdlərində əli olduğunu inkar edir. (Amerikanın səsi)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun