ABŞ Dövlət Departamenti: 'Münaqişənin hərbi yolla həlli yoxdur'

ABŞ Dövlət Departamenti: 'Münaqişənin hərbi yolla həlli yoxdur'
6 Oktyabr 2020
Mətni dəyiş

ABŞ Dövlət katibinin müavini Stiven Biqun bu gün, oktyabrın 5-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda apardığı telefon söhbəti zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların eskalasiyası ilə bağlı narahatlığını bildirib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus açıqladığı bəyanatda məlumat verib.

Sənəddə deyilir ki, dövlət katibinin müavini Stiven Biqun Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların eskalasiyası və əməliyyatların dairəsinin genişlənməsi ilə bağlı dərin narahatlığını ifadə etmək üçün bu gün Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakyanla ayrı-ayrı söhbət edib.

"Dövlət katibinin müavini Biqun tərəfləri dərhal atəşkəs barədə razılıq əldə etməyə və münaqişənin davamlı həll yolunu tapmaq üçün Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqları davam etdirməyə çağırıb".

Dövlət katibinin müavini xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını vurğulayıb.

Bundan öncə ABŞ Dövlət Departamentinin sentyabrın 27-də açıqladığı bəyanatda Birləşmiş Ştatlar zorakılıqların eskalasiyasını ən kəskin şəkildə qınayaraq, əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun