Adil İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa olunub

Adil İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa olunub
25 Sentyabr 2019
Mətni dəyiş

Bu gün, sentyabrın 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv edib.

Bu barədə vəkil Adil İsmayılov özü məlumat yayıb. O, bildirib ki, bundan sonrakı fəaliyyəti vəkilliyin inkişafı, vətəndaşların müdafiəsi istiqamətində olacaq.

"Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var," - o, qeyd edib.

Vəkillər Kollegiiyasının Rəyasət Heyəti sentyabrın 9-da Adil İsmayılovun vəkillik əaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edib.

Vəkillər Kollegiyası bildirib ki, İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar intizam icraatı çərçivəsində qəbul edilib.

Xatırladaq ki, Adil İsmayilov son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayıb.

Həmin paylaşımların bir neçəsi qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirinin keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada söhbət bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmalarından bəhs edilirdi.

Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməyib. Amma, vəkilin fəaliyyətin dayandırılması bu statusların paylaşması ilə eyni vaxta təsadüf edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun