Hakimiyyətin AXCP-yə hücumları səngimir: İndi də rayon şöbəsinin sədrinin oğlu həbs olunub

Hakimiyyətin AXCP-yə hücumları səngimir: İndi də rayon şöbəsinin sədrinin oğlu həbs olunub
26 Avqust 2019
Mətni dəyiş

Xalq Cəbhəsi Partiyasının (AXCP) Hacıqabul rayon təşkilatının sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs edilib.

Bu barədə partiyadan Turan-a məlumat verilib. Bildirilir ki, Heydərov avqustun 24-də Hacıqabul rayon mərkəzində (Bakıdan 120 km cənub-qərb) saxlanılıb.

Məlumata görə, elə həmin gün yerli məhkəmə onu 30 günlük inzibati həbs cəzasına məhkum edib. Gəncin konkret olaraq nədə ittiham olunduğunu atasına deməyiblər.

AXCP-də hesab edirlər ki, gənc sosial şəbəkədə tənqidi fikirlər yazdığına görə həbs edilib.

İmaməddin Heydərov son bir həftə ərzində həbs edilən beşinci AXCP üzvü və ya partiya tərəfdarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun