8 Avqust 2019
Mətni dəyiş
İsrailin milli kitabxanası yəhudi mənşəlli çex yazıçısı Frans Kafkaya aid əlyazmaların növbəti, həm də sonuncu hissəsini əldə edib. Bu haqda Associated Press agentliyi məlumat yayıb.
Məlumata görə kitabxanaya Kafkanın "Kəntdə toy hazırlığı" adlı hekayəsinin əlyazması daxil olub. Bundan əlavə Kafkanın ivrit dilində qeydlər apardığı dəftəri, dostarının ona yazdığı yüzlərlə şəxsi məktubu, səfər qeydləri və çəkdiyi rəsmər olub. Adıçəkilən əlyazmaların bir hissəsi bundan öncə çap olunub və rəqəmsal hala salınıb.
Kafkanın məlum əlyazmalarını iki alman bacı saxlayırmış. Onlar arxivin Ester Hoffe adlı bir adamın analarına qoyduğu mirasa daxil olduğunu deyiblər. Ester Hoffe isə Kafkanın dostu və bioqrafiyasını yazan Maks Brodun şəxsi köməkçisi imiş. Kafka ölməzdən öncə bütün əlyazmalarını Maks Broda verib və onları yandırmağını tapşırıb. Brod isə onları yandırmayıb.
Alman bacıların sözlərinə görə Hoffe Kafkaya aid əlyazmaları öz sağlığında bir isveçrə bankının seyfində saxlayırmış. Sənədlər onillər boyu oqrda qalıb. 2008-ci ildə bacılar məhkəmə yolu ilə sənədlərin onlara aid olduğunu sübuta yetirməyə çalışıblar, İsveçrə höküməti isə Kafkanın arxivinin İsrailə verilməsi qərarına gəlib.