Azərbaycan qondarma Abxaziya Respublikasındakı seçkiləri tanımır

Azərbaycan qondarma Abxaziya Respublikasındakı seçkiləri tanımır
26 Avqust 2019
Mətni dəyiş

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

"Azərbaycan 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini, həmçinin onların nəticələrini tanımır".

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun