1. Kökləri buddizmə getsə də, Qərbdə meditasiya meynstrimləşdikdən və fitnes kimi qəbul edildikdən sonra, öz kökləri ilə bağlarını itirib.
2. Meditasiya bazar iqtisadiyyatında öz yerini tutub və bir çoxları üçün gəlir yeri funksiyasını yerinə yetirir. Yalnız Amazonda bu haqda 60.000 kitab satılır.
3. “Ruhunuzda inqilabi dəyişiklik” adı altında adi fikri cəmləmə texnikaları təqdim edilir.
4. Fikir cəmləmək pis deyil, pis olan bunun satılması (kommodifikasiya edilməsi) və Buddanın etikası əvəzinə “xüsusi düşüncə tərzi” yerini tutmasıdır.
5. Əsas fikir budur ki, baş verən problemlərin kökü siyasi və iqtisadi yox, sizin daxilinizdə olan təlatüm hissindədir. Buna görə də meditasiya texnikasını öyrədənlər (məsələn, “qurular”) yalnız içinizdə baş verənlərə diqqət ayırmağa səsləyirlər və ətrafda baş verənlərə qiymət verməməyin önəmini təlqin edirlər. Dünyavi transformasiya yalnız “öz içinizdə” baş verməlidir, “əvvəlcə özünüz dəyişin” şablonundan istifadə edilir.
6. Psixatrik nəzərdən “qeyri-adi bacarıqlara malik düşüncə tərzi”, düşüncələrlə başqalarına təsir etmək haqda təsəvvür pataloji hesab edilir. Bu, səbəb-nəticə əlaqələrinə ziddir.
7. Kapitalist sistemdə yaşamaqdan yorulan fərd üçün kapitalizm onu daha yumşaq qavramaq üçün yeni məhsul təklif edir. Beləliklə, illüziya olaraq (fantazm səviyyəsində) insan mövcud vəziyyətlə razılaşır.
8. Meditasiya ustaları sosial problemlərin həlli əvəzinə və həllin olmamasına görə yaranan stressin problemlərin həlli ilə yox, onların iqnor edilməsi ilə həll olunacağına inandırır.
9. Buddist filosofu Miles Neale bu cür treninqləri fast-fund industriyası ilə müqayisə edir və bunu birmənalı olaraq inkar edir. O qeyd edir ki, bu cür praktikalar qısamüddətli nəticə versə də, bir müddət sonra öz effektivliyini itirir. Eyni ilə fast-fund industriyası kimi, standartlaşdırma, avtomatlaşdırma və distiplinləşdirmə məntiqləri üzərində diskurs qurulur.
10. Meditasiya qeyri-bərabərlik, siyasi və sosial problemlər, başqa ölkələrdə baş verən aclıq və səfalət kimi insanda neqativ emosiyalar yaradan hissləri yatırır, insanı siyasi, iqtisadi və sosial problemlərdən düşünməyə imkan vermir. Tarixən bu fuksiyanı ənənəvi din yerinə yetirib, ancaq postmodern dövrdə bunu üzərinə meditasiya və yeni dini praktikalar götürür.
11. Sırf buna görə iri korporasiyalar meditasiyadan istifadə edir. Uzun-uzadı işləməkdən işçi bezib? Kreditlər və həyat tərzindən qaçmaq istəyirsən? Gözlərini bağla və nəfəs al!
12. Meditasiya təkcə korporasiyalar yox, ABŞ ordusu, məktəblər və universitetlərdə də həyata keçirilir.
13. Slavoy Jijekin yazdığı kimi, bu cür praktikalar və həyat tərzi “qlobal kapitalizmdə hegemon ideologiyanın bir parçası kimi formalaşıb” və “kapitalizmin inkişafında insanların tam olaraq həm iştirak etmələri, həm də sağlam düşüncəli görünmələrinə” xidmət edir.
14. “Özünü idarə et”, “xoşbəxtlik” və “dayanıqlı olmaq” bu diskursun əsas anlayışlarındandır. Meditasiyanı öyrədən başa salır ki, hər şey öz əlimizdədir və hər şeyə görə cavabdeh elə bizik. İçimizdə özümüzü idarəni əvə daxili xoşbəxtliyi inkişaf elətdirə bilsək, hər şey yaxşı olacaq. “Həyatda hər şey baş verə bilər, əsas odur ki, sən bunun düzəlməsi üçün nə edirsən?” – iqtisadi və siyasi insitutların, strukturların üzərimizdə olan təsiri iqnor edilir.
15. Beləliklə, kor-koranə inviduallıq kollektiv səslərin qarşısını alır. Fransız sosioloq Pyer Burdyönün dediyi kimi, bu cür individuallaşma ilə neoliberalizm kollektiv strukturlaşmanı məhv edir.
16. Özü-özlüyündə meditasiya problemli deyil. Onu problemli edən müəyyən siyasi sinfin maraqlarına xidmət etməsi və kollektiv fetiş halını almasıdır.
Tezislər: Anton ZanimonetsƏtraflı "Guardian" nəşrindəki yazını oxuya bilərsiz.
Həmçinin, Zizekin yazısını oxuyun.
Bəhruz Səmədov