Tanınmış 'Tinder' tanışlıq saytı Rusiya telekommunikasiya nəzarətçisi 'Roskomnadzor'un rəsmi reyestrinə daxil olub.
Bu barədə Roskomnadzor rəsmi məlumat yayıb. Bildirilir ki, Tinder bundan sonra istifadəçilərin məlumatlarını Rusiyanın təhlükəsizlik xidmətləri ilə bölüşəcək.
"Məlumat paylaşma provayderləri siyahısı"na daxil olan tanışlıq saytı istifadəçilərinin məlumatlarını Rusiya təhlükəsizlik xidmətləri ilə bölüşmək, həmçinin zərurət yarandıqda altı ay ərzində onların şəxsi məlumatlarını və mesajlarını Rusiya serverlərinə yazmaq öhtəliyi götürüb.
Siyahıda 175 saytın adı var
"Roskomnadzor"un siyahısında bank adları, o cümlədən Rusiyanın ən iri bankı, "Sberbank" və məşhur VKontakte sosial media saytı da daxil 175 saytın adı var.
Tinder səlahiyyətliləri də məlumatı təsdiqləyiblər. Onlar bildiriblər ki, məlum siyahıya əlavə olunmaq üçün Rusiya rəsmilərinin tələblərini yerinə yetiriblər.
Ancaq Tinder bu prosedurun istifadəçi məlumatlarının Rusiya hökuməti ilə paylaşdığını ifadə etmədiyini bildirib.
Tinder-dən bildirilir ki, qeydiyyata alınma ərəfəsində Rusiya rəsmi orqanları hər hansı məlumat ötürülməyib.