26 May 2019
Mətni dəyiş
Facebook məlumatların təhlükəsizliyi, nifrət nitqi və yalan xəbərlərin yayılması üzündən sərt tənqidlərə məruz qaldığı bir vaxtda ilin ilk üç ayında təqribən 2 milyard 200 milyon saxta profili aşkarlayıb sildiyini bəyan edib.
Facebook bu haqda öz bloqunda məlumat yayıb. Məlumata görə haker hücumları vasitəsilə yaradılan çox sayda saxta hesab aşkarlanıb. Şirkət bu hesabların çoxunun aktivləşdirilmədən görülərək silindiyini bildirib.
Bəyanata görə saxta hesab problemindan Facebook keçən il də əziyyət çəkibmiş. Keçən il şirkət 1 milyard 200 milyon saxta hesabı taparaq silib və bu il həmin rəqəmin iki qatı qədər saxta hesabla mübarizə aparmalı olub.
Facebook bəyan edir ki, hər ay burda 2 milyard 400 milyon hesab açılır və onların təqribən 5 faizi saxta hesablar olur.