Direktor müavini jurnalisti məhkəməyə verib: seçki saxtakarlığı ittihamına görə

Direktor müavini jurnalisti məhkəməyə verib: seçki saxtakarlığı ittihamına görə
27 May 2019
Mətni dəyiş
Bakıdakı 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını (Abbasova) məhkəməyə verib. Səbəb isə jurnalistin 2018-ci il aprelin 11-də prezident seçkisi zamanı 25 saylı Nizami İkinci Seçki Dairəsinin məntəqələrindəki səsvermə prosesindən hazırladığı materiallardır. E.Alandarova iddia edir ki, jurnalist həmin materiallarda onu seçki saxtakarlığında suçlamaqla şərəf və ləyaqətini ləkələyib. Həmin materialların MeydanTV-də, «Azadlıq» qəzetinin saytında (azadliq.info), sosial şəbəkələrdə yayımlandığını bildirən direktor müavininin tələbi isə belədir: o materialların hamısı silinsin, təkzib olunsun, Sevinc Vaqifqızı əməkdaşı olduğu MeydanTV-də və azadliq.info-da ondan üzr istəsin və yalan məlumat yaydığına görə 2500 manat kompensasiya ödəsin. Sözügedən videomateriallarda yanaşı yerləşən seçki məntəqələrində E.Alandarovanın hərəkətləri, onun gah 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14 saylı, gah da həmin dairənin 16 saylı məntəqəsində göründüyü əks olunub. E.Alandarova isə bildirir ki, jurnalist onu «karusel» prosesinə (bir neçə məntəqədə səs verən müəllimlərə) nəzarət edən şəxs kimi təqdim etsə də, əslində belə deyil. [embed]https://www.youtube.com/watch?v=QPuCe_CFQmY[/embed] Məhkəmə baxışı iyunun 10-na təyin olunub. S.Vaqifqızı Azadlıq Radiosuna açıqlamasında iddianın əsassız olduğunu bildirir. Deyir ki, E.Alandarova təxminən bir il öncə ondan Bakı Şəhər Baş Polis İdarəsinə də şikayət edib, haqqında cinayət işi başlanmasını istəmişdi. Amma onun əməlində cinayət tərkibi olmadığına görə şikayət rədd edildi: «Montajda olan effektləri, məsələn, kadrın sürətli verilməsini də şərəf və ləyaqətinin alçaldılması hesab edir. Mən o qadının hərəkətlərini müşahidə eləmişəm, müəllimələri məntəqələrə apardığını görmüşəm və səbəbini soruşmuşam. Bir saata yaxın gözlədib, çəkilişə imkan verməyiblər. Halbuki, qanunsuzdur. Sonra da akt tərtib ediblər ki, guya səs-küy salıb, seçkinin gedişini pozuram. Ancaq oradakı imzalar da eynidir. Guya seçici özünün çəkilməsinə etiraz edir. Amma seçicinin adının qarşısındakı imza ilə məntəqə sədrinin imzası eynidir».

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun