"Diqlas"da zərər çəkənlər konpensassiya ala bilmədiklərindən şikayət edirlər

"Diqlas"da zərər çəkənlər konpensassiya ala bilmədiklərindən şikayət edirlər
14 May 2019
Mətni dəyiş

Mayın 14-ü "Diqlas" Ticarət Mərkəzinin sahibkarları martın 26-da yanmış bu ticarət mərkəzinin qarşısında onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçiriblər. Bu haqda Turan agentliyi xəbər yayıb.

Martın 28-də prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında, ertəsi gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncamlar imzalayıb.

"İki aydır bizə eyni sözü deyirlər, amma real iş yoxdur. Biz də bu ölkənin vətəndaşıyıq. Bizə deyirlər ki, dövlət bunu göydən tapmayıb ki, zibilxanaya atsın. Deməli bizi zibilxana sayırlar? Pulumuzu qaytarsınlar. Dünən də bizi Nazirlər Kabinetində qəbul ediblər, eyni vədlər veriblər, amma irəlilləyiş yoxdur".

Polis müdaxiləsindən sonra aksiya dağılıb. Polis aksiya iştirakçılarına kompensasiyanı evdə gözləməyini məsləhət görüb və ərazini tərk etmək əmri verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun