AXCP fəalı bir ildə üçüncü dəfədir eyni ittihamla həbs olunur

AXCP fəalı bir ildə üçüncü dəfədir eyni ittihamla həbs olunur
7 May 2019
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon Şöbəsinin fəalı Əlzamin Salayev bu il üçüncü dəfə eyni ittihamla həbs edilib. Bu gün Salyan rayon Məhkəməsi Əlzamin Salayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək, 15 sutka inzibati həbsə məhkum edib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Turan-a bildirib. Əlzamin Salayev bundan öncə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə yanvarın 10-da 25 sutka, fevralın 18-də 15 sutka inzibati həbsə məhkum edilib. "Yanvarın 19-da Milli şuranın keçirdiyi kütləvi mitinqdən sonra Əlzamin Salayev də daxil olmaqla, altmışdan çox AXCP fəalı həbs edilib. Bir neçə fəal eyni ittihamla bir neçə dəfə həbsə məhkum edilib. Bu, siyasi fəallara qarşı yeni repressiya dalğasıdır. Hökumət məhkəmə-hüquq islahatlarından danışır, amma siyasi fəlları şərləyərək həbs etdirir. Siyasi müxalifətə qarşı həbs dalğasının davam etdirilməsi hökumətin islahat bəyanatlarının reallıqdan uzaq olduğunu göstərir", deyə Bayramlı qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun