XİN Paşinyanın sülh atmosferinin yaradılmasına çağırışına münasibət bildirib

XİN Paşinyanın sülh atmosferinin yaradılmasına çağırışına münasibət bildirib
13 Aprel 2019
Mətni dəyiş

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın "sülh mühitinin yaradılması" ilə bağlı açıqlamalarına münasibət bildirib. 

Nazirliyin rəsmi açıqlamasında deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

"Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır".

Açıqlamada bildirilir ki, bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun