Qiyas İbrahimov polislə iki saatlıq söhbətdən sonra sərbəst buraxılıb [foto və video]

Qiyas İbrahimov polislə iki saatlıq söhbətdən sonra sərbəst buraxılıb [foto və video]
3 Aprel 2019
Mətni dəyiş
Qiyas İbrahimov saat 17:45 radələrində Bakı Şəhər Baş Polis İdarəsindən çıxıb. O deyib ki, idarəyə çağırılmağı gənc fəal Bayram Məmmədovun həbsi ilə bağlı status yazmasına görə olub: "Mənə dedilər ki, sən həmin statusda prezidenti təhqir etmisən, ona diktator demisən. Mən də dedim ki, subut edin ki, mən onu təhqir etmişəm. O qədər Əliyev var ki…” Qiyas İbrahimovun deməsinə görə, prezidenti təhqir etməsi subut edilsəydi, ona cəza verilə bilərdi. Gənc fəalın vurğulamasına görə, onunla bir növ proflaktik söhbət aparılıb. Qiyas İbrahimovun bildirməsinə görə, idarədə ona habelə bildiriblər ki, prezidentin çoxlu sevənləri var: “Yəni sabah küçədə kimsə məndən yazdıqlarıma görə, hesabat tələb etsə, gərək bunu polisdən görməyəm” Gənc fəalın sözlərinə görə, ona ağıllı olmağı tövsiyə edilib. *** [caption id="attachment_76427" align="aligncenter" width="611"] Qiyas İbrahimov polis idarəsindən çıxarkən İlkin Rüstəmzadə və Mehman Hüseynovla birlikdə.[/caption] 16:00 Martın 17-si prezidentin verdiyi əfv fərmanı ilə azadlığa çıxmış keçmiş heykəl məhbusu, NİDA vətəndaş hərakatının üzvü Qiyas İbrahimov bu gün Bakı Şəhər Baş Polis idarəsinə çağırılıb. Qiyas İbrahimovun özünün dediyinə görə bu gün səhər polis onun anasının mobil telefonuna zəng edərək onu Bakı Şəhər Baş Polis idarəsinə söhbətə çağırıb. Qiyas isə polisdən ona çağırış vərəqəsi yollamağı tələb edib. Bunun ardıyca ona Nizami rayon polis idarəsindən zəng edərək, yenidən Baş Polis idarəsinə getməsini tələb ediblər. İbrahimov isə yenə də çağırışsız heç yerə getməyəcəyini bildirib. Bunun ardınca onların evinə Nizami rayon 25-ci polis bölməsinin işçiləri gəlib ki, onu Baş polis idarəsinə aparsınlar.  Qiyas İbarhimov hələ də polislərlə getməkdən imtina edir. Qiyasın dediyinə görə onların yaşadığı həyətdə hələ də üç polis işçisi gözləyir. Xatırladaq ki, Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı ildə Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunublar. Məhkəmə onları 10 illiyinə azadlıqdan məhrum etmişdi. Onlar külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə ittiham olunmuşdular. Bundan öncə martın 30-da Bayram Məmmədov 30 sutkalığına həbs olunmuşdu. Bayram Məmmədov apellyasiya məhkəməsi zamanı Binəqədi rayonundakı təcridxanada işgəncələrə məruz qaldığını demişdi. [embed]https://www.facebook.com/100025002441623/videos/398951560948255/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun