Bir anlığına hürən it, ya da əlinizə yapışmış hörümçək, yaxud başqa nə isə qorxunc bir şeyi təsəvvür edin. Fikir versəniz görəcəksiniz ki, beyniniz və bədəniniz gerçək həyatda necə reaksiya verirlərsə, düşünəndə də eyni cür reaksiya verir. Ancaq qorxunc obrazı bir neçə dəfə təsəvvür edib, ancaq gerçəkdə təhlükəsizlikdə olsanız artıq növbəti dəfələrdə qorxu hissi keçməyə başlayacaq.
ABŞ-dakı Kolorado Universiteti və İkana tibb məktəbindən olan elm adamlarının birgə apardığı tədqiqatdan belə nəticə çıxıb ki, təxəyyül insanı qorxu və narahatçılıqlarından azad etmək üçün kəşf olunmamış vasitə kimi istifadə edilə bilər.
Statistikaya görə təqribən hər üç amerikalıdan biri psixoloji qorxular və narahatçılıqlardan əziyyət çəkir. Bu çox vaxt sonradan fobiyalara çevrilir. Həmin insanların 8 faizində isə qorxular travma sonrakı stress şəklində qalır. 1950-ci ildən başlayaraq həkimlər “təsir terapiyasından” istifadə etməyə başlayıb. Xəstələrə təhlükəsiz və nəzarətdə olan bir şəraitdə gerçək ya da xəyali qorxularıyla göz-gözə gəlmək təklif olunur. Nəticə müsbət olub. Alimlər hələ də bu metodun nəyə görə uğurlu olduğunu anlaya bilməyib.
Kolorado Universitetinin psixologiya və nevrologiya kafedrasının aspirantı
Kamella Reddan qeyd edir ki, yeni kəşf klinik praktika ilə koqnitiv neyrobiologiya arasındakı çoxdankı fikir ayrılığının üstəsindən gəlməyə yardımçı olub. Bu ilk neyrobioloji tədqiqat görtərir ki, əgər insan xəyalında hansısa təhlükəni canlandırsa beynin təhlükə ilə bağlı reaksiyası həqiqətən dəyişə bilər.
[caption id="attachment_76827" align="aligncenter" width="732"]
Beynin daxili vəziyyətini öyrənmək üçün Maqnit Rezonans Cihazı.[/caption]
Tədqiqatda 68 sağlam insan iştirak edib. Bu insanlara müəyyən bir səsin müşayəti ilə ağrısız amma adamın kefini korlayan elektrik cərayanı verilir. İştirakçıları üç qrupa bölürlər. Birinci qrupa məlum səsi dinlədirlər, ikinci qrupa məlum səsi beynində canlandırmaq təklif olunur, üçüncü qrupa isə beynində hansısa xoş səs, məsəlçün quş nəğməsi yaxud da yağış səsi canlandırmaq təklif olunur. Ancaq, heç bir qrupa səsin ardıyca həmin elektrik cərayanı verilmir.
Eksperiment zamanı alimlər beynin aktivliyini və bədəninin ümumi reaksiyasını ölçürlər. İlk iki qrup yəni elektrik cərayanından öncə səsə qulaq asdırılan və cərəyandan öncə səsi təsəvvür edənlərin hər birinin eşitmə və qorxu mərkəzləri çox bənzər şəkildə canlanıb. Bu təcrübəni təkrar-təkrar etdikdən sonra beyinin qorxu hissinə qarşı korlaşdığı nəzərə çarpır, yəni beyin artıq musiqidən qorxamağa başlayır.
Qəribədir ki, xoş səslər, quş nəğməsi, yaxud yağış səsi təsəvvür etmək təklif olunan qrupda isə elektrik cərayanından qorxu hissi qalmağa davam edir.
“Çoxlarının bizə qorxunu ya da neqativ emosiyaları yenmək üçün yaxşı şeylər düşünmək gərəkdiyini məsləhət görməsiylə tez-tez üzləşirik, əslində isə tam əksini etməliyikmiş. Gərək beynimizdə qorxduğumuz şeyləri tez-tez canlandıraq, amma əlbəttə ki, bunu tam təhlükəsiz və pozitiv şəraitdə etməliyik” – deyə “Koqnitiv və affektiv neyrobiologiya labaratoriyası”nın rəhbəri
Tor Veyqer bildirir.
Yuxarıdakı tədqiqatın da göstərdiyi kimi, əgər hansısa hərəkəti beynimizdə canlandırsaq, bu eynilə gerçək həyatda edirmişik kimi beyinin müəyyən hissələrini aktivləşdirə və möhkəmləndirə bilər. Misalçün, əgər xəyalımızda piano çaldığımızı canlandırsan, barmaqlarımızla beynimiz arasındakı neyron əlaqələri möhkəmlənər.
Tədqiqatçı alim Reddan izah edir ki, əgər insanın hansısa pis xatirəsi varsa, xəyallarımızın köməyilə onlara yenidən baxıb, zərərsizləşdirib və bu xatirələrlə bağlı emosiyamızı dəyişdirə bilərik.
Tədqiqatçı Veyqerin fikrincə isə biz təxəyyülümüzü idarə etməyi öyrənməliyik, onu konstruktiv şəkildə istifadə edərək beynimizin təcrübədə bildiyi şeylərə münasibətimizi dəyişdirə bilərik.
Tərcümə: "Abzas"