ABŞ-ın Buffalo şəhərində yerləşən "Hospis və palliativ yardım mərkəzi" (ümüdsüz xəstələri ölümə hazırlama mərkəzi -red) apardığı on illik araşdırmanın nəticələrini açıqlayıb.
Araşdırmanın nəticələri Milli Sağlamlıq İnstitunun dərgisində
çap olunub. Belə ki, araşdırmanın rəhbəri
Krisofer Kerr ağır xəstələrin hamısının ölümə az qalmış bir-birininkinə bənzər yuxular ya da xəyallar gördüyünü müşahidə edib. Bu cür yuxuları 13 min xəstənin təqribən 88 faizi görüb. Xəstələrin 72 faizinin sözlərinə görə onlar bu yuxularda artıq dünyasını dəyişmiş qohumlar və dostları ilə görüşüb xoş hisslər keçiriblər. Xəstələrin 59 faizi isə ölümqabağı yuxularda çemodanlarını yığışdırır yaxud bilet alır, bir sözlə son səfərlərinə çıxırlar. Bəziləri yuxularda artıq özünü qatarda ya da təyyarədə gedirmiş kimi görür, bəzənsə çoxdan ölmüş hansısa qohum ya da dostlarını yanlarında hiss edirlər. Nəhayət yuxu görənlərin 28 faizi isə ölümqabağı onların yaddaşında qalmış xoş xatirələri görürlər. Ancaq, təkcə uşaqların ölümqabağı yuxuları fərqli olub. Onların əksəriyyəti ölmüş ev heyvanlarını görüblər, bəziləri böyük insanlar da görürlər amma o insanları tanımadıqlarını deyiblər.
Alimlərin sözlərinə görə bu sirli yuxular ölümdən 10-11 həftə öncədən başlayır, ölümə üç həftə qalmış isə yuxuların sıxlığı artır. Yuxular isə daha aydın olmağa başlayır.
Araşdırmanın əsas müəlliflərindən olan Kerr və onun komandası həmin yuxuların izahını verə bilmir. Onlar düşünür ki, ola bilsin ölümqabağı beyində belə yuxulara səbəb olan dəyişikliklər baş verir. Bu dəyişikliklə ölən insanın sakitləşməyinə və tezliklə baş verəcək ölümdən olan qorxuları azaltmağa yardım edir.